Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
4 Noyabr 2022 15:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
3 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə kəsim qurğuları sökülüb, 4 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Əliyev Vüsal Natiq oğlu |
Nərimanov rayonu, Montin bazarı |
İnzibati protokol tərtib edilib |
2. |
Savalanov Füzuli Hidayət oğlu |
Nərimanov rayonu, A.Neymətulla küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Məmmədov Zahid Məhəmməd oğlu |
Nərimanov rayonu, Daş karxanası küçəsi 414 |
İnzibati protokol tərtib edilib |
4. |
Daşdəmirov Sadiq Adil oğlu |
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 22 |
İnzibati protokol tərtib edilib |
5. |
Həsənov Elnur Əlifağa oğlu |
Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 96A |
İnzibati protokol tərtib edilib |
6. |
Şükürov Nicat Hümmət oğlu |
Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24 |
İnzibati protokol tərtib edilib |
7. |
Orucov Feyruz Ramiz oğlu |
Nərimanov rayonu, Ə.Əlizadə küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
İbrahimov Fariz Vaqif oğlu |
Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 28 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
9. |
Bayramov Rüfət Tanriverdi oğlu |
Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi |
İnzibati protokol tərtib edilib |
10. |
Vəliyev İsmayıl Mədət oğlu |
Qaradağ rayonu, Ümid qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
11. |
Əzizov Vicay Sərvər oğlu |
Qaradağ rayonu, Ümid qəsəbəsi. |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
12. |
Məmmədova Günel Əlövsət qızı |
Qaradağ rayonu, Ümid qəsəbəsi. |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
Abşeron rayonu üzrə |
|||
13. |
İbrahimli Rafael Akif oğlu |
Masazır qəsəbəsi, Q.Nəbi və N.Məmmədov küçələrinin kəsişməsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
14. |
Hüseynov Elxan İsa oğlu |
Masazır qəsəbəsi, Q.Nəbi küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
Xaçmaz rayonu üzrə |
|||
15. |
Ağayev Nizami Əmirağa oğlu |
Qımıl kənd yolu |
İnzibati protokol tərtib edilib |
16. |
İsgəndərov Əlibala İsgəndər oğlu |
Bakı prospekti |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.

Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə 2025-ci ilin 3-7 mart tarixlərində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 68 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 340 baş, habelə 16 rayonun (şəhər) 406 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 1234 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb, toplanmış epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Minnesota, Oklahoma, Tennessi və Arizona ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.