Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
26 Dekabr 2022 18:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
19-23 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Xaçmaz, Bərdə rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 35 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 18 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Quliyev Tariyel Siracəddin oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., D.Bünyadzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Dadaşov İsa Rüstəm oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., İ.Nəbiyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
3. |
Nağıyev Elşad Nağı oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
4. |
Ələkbərov Fariz İbad oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., S.Orucov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
5. |
Quliyev Ramiz Yasin oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., V.Əsgərov küçəsi 20 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
6. |
Məmmədov Ramin Nazim oğlu |
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
7. |
Orucov Samir Azər oğlu |
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Arif küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
8. |
Əliyev Ramin Hüseyn oğlu |
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Arif küçəsi |
İnzibati protokol tərtib edilib |
9. |
Alıyev Nazim Şahpələng oğlu |
Binəqədi rayonu, Rəsulzadə qəs., Azadlıq prospekti 161A |
İnzibati protokol tərtib edilib |
10. |
Osmansoylu Vüsal Osman oğlu |
Yasamal rayonu, A.Abbasov küçəsi 1 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
11. |
Məmədov Arif Qilic oğu |
Yasamal rayonu, X.Dadaşov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
12. |
Səmədov Etibar Eldar oğlu |
Yasamal rayonu, Şərifzadə küçəsi 249 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
13. |
Mirzəyev Ceyhun İmamverdi oğlu |
Yasamal rayonu, A.Abbasov küçəsi 16 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
14. |
Mövsümov Sərxan Məhər oğlu |
Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi 143B |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
15. |
Abdürrəhmanov Zaur Şahid oğlu |
Binəqədi rayonu, 9-cu mkr, Mir M.Cəlal küçəsi 127 |
İnzibati protokol tərtib edilib |
16. |
Quliyev Elbəy Məhəmməd oğlu |
Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsi 209 |
İnzibati protokol tərtib edilib |
17. |
Xəlilov Nurlan Nazim oğlu |
Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsi 6 |
İnzibati protokol tərtib edilib |
18. |
Sadıqov Müşviq Akivoviç oğlu |
Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
19. |
Hüseynov Nəriman Mərkəz oğlu |
Binəqədi rayonu, 6-cı mkr |
İnzibati protokol tərtib edilib |
20. |
Kazımov Niyaz Rövşən oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 157 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
21. |
Nəsibov Sənani Eldar oğlu |
Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi |
İnzibati protokol tərtib edilib |
22. |
Pəniyev Anar Eldar oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., E.Xəlilov küçəsi 112B |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
23. |
Həsənov İnsan Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., E.Xəlilov və M.Fətəliyev küçələrinin kəsişməsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
24. |
Ədilov Vahid Yaqub oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., M.Gəncəvi küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
25. |
Novruzov Qorxmaz Xanlar oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti 1F |
İnzibati protokol tərtib edilib |
26. |
Ağayev Elvin Elxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi 11 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
27. |
Abbasov Sərdar İmanverdi oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 17 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
28. |
Babayev Qulam |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
29. |
Müsayev Xalid Məmmədalı oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., N.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
30. |
Abdullayev Hüseyn Yasin oğlu |
Sabunçu rayonu, Bakıxanov qəs., N.İsmayılov küçəsi 285 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
31. |
Məmişov Nicat Abbas oğlu |
Nəsimi rayonu, S.Abdullayev küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
Bərdə rayonu üzrə |
|||
32. |
Hüseyinov Elsəvər Zülfü oğlu |
Bərdə rayonu, Qaradəmirçi kəndi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
33. |
Məmmədov Cavid Əhmədağa oğlu |
Xaçmaz rayonu, H.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
34. |
Babaşev Cavid Rafiq oğlu |
Xaçmaz rayonu, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
35. |
Babaşov Rəhim Bağır oğlu |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Şamaxı rayonu üzrə |
|||
36. |
İbrahimov Seymur Nifdulla oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: