Qida Təhlükəsizliyi Agentliyinin sədri sınaq laboratoriyasına baxış keçirib
31 May 2018 00:00
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 31–də Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına baxış keçirib.
Agentliyinin sədri laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olub. Sınaq laboratoriyasında iş prosesi ilə tanışlıqdan sonra Q. Təhməzli aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli sərəncamına əsasən, ləğv edilmiş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsin “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.
Oxşar xəbərlər
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.