AQTA Türkiyənin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini qismən tanıyıb
8 May 2024 17:07
Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi (AQTA) tərəfindən Türkiyə Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi qismən tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.
Türkiyənin qida obyektləri üzrə təsdiq sistemi Agentliyin struktur bölmələri tərəfindən müvafiq meyarlar əsasında araşdırılıb və həmin ölkədə bu sahədə qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilib. Bundan sonra Türkiyənin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin qismən tanınması məqsədəuyğun hesab olunub. Həmin ölkədən qida və yem məhsullarının idxalı zamanı nəzərə alınması üçün “Türkiyə Respublikasının təsdiq sistemi ekvivalent hesab olunan qida obyektlərində emal və ya istehsal edilən məhsulların Siyahısı” hazırlanıb. Həmin Siyahı üzrə qida və yem məhsullarının emal və ya istehsalı müəssisələrinin ekvivalentliyinin 2024-cü il 1 iyul tarixində tanınması nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl AQTA Rusiya Federasiyasının və Böyük Britaniyanın qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb. Agentlik “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda müəyyən edilən məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektlərinin Azərbaycan Respublikasında qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təsbit edilməsi, ticarət tərəfdaşı olan ölkələrlə əməkdaşlığın artırılması və təkrarlanan prosedurların aradan qaldırılması məqsədilə xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyini tanıyır. Prosesdə əsas meyarlar qismində qida və yem məhsulları ilə bağlı ticarət dövriyyəsi zamanı müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunsuzluqların statistikası, xarici ölkənin qida təhlükəsizliyi sisteminin, o cümlədən yoxlama və nəzarət sistemlərinin ölkədə tətbiq edilən sistemlə uyğunluğu və xarici ölkənin qida təhlükəsizliyi sisteminin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına uyğunluğu nəzərə alınır.
“Türkiyə Respublikasının təsdiq sistemi ekvivalent hesab olunan qida obyektlərində emal və ya istehsal edilən məhsulların Siyahısı” ilə aşağıdakı fayl vasitəsi ilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Çinə qida məhsulları ixrac edən müəssisələr CIFER sistemində qeydiyyatdan keçməlidirlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir. CIFER Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izləniləbilənliyinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması, habelə onların ÇXR qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb.
AQTA ilə Belarusun müvafiq qurumu arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Dövlət Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi arasında fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair onlayn görüş keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş