AQTA xarici ölkələrdəki qida obyektlərinin təsdiqi prosesini davam etdirir
24 İyun 2023 10:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması yerində qiymətləndirilmə və ya onlayn formatda həyata keçirilir.
Bununla bağlı cari ilin iyun ayı ərzində Rusiya Federasiyası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Çin Xalq Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası və Ukrayna Respublikasına məxsus 9-u yerində, 17-si isə onlayn formatda aparılmaqla 26 müəssisədə qiymətləndirmə həyata keçirilib.
Hazırda qiymətləndirmə aparılmış xarici qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan 26 xarici obyektdən 20-si təsdiq edilib, 4-ü şərti təsdiq edilib və 2-si ilə bağlı isə təkrar qiymətləndirmənin aparılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, cari ilin iyun-sentyabr ayları ərzində adıçəkilən ölkələr, eyni zamanda Litva da daxil olmaqla, 41-i yerində, 116-sı onlayn formatda (həmin ölkələrin aidiyyəti qurumları ilə razılaşdırılmış siyahı əsasında) 157 müəssisədə qiymətləndirmə aparılması nəzərdə tutulur.
AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq olunacaqdır.
Oxşar xəbərlər
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Yaqubov Nuru Adəm oğlunun İran İslam Respublikasından idxal etdiyi “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb. Laborator müayinə nəticəsində (20.10.2025-20.10.2026 istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Gürcüstandan heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub və xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb. Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların idxalına tətbiq edilmiş məhdudiyyət 2025-ci il 1 dekabr tarixindən etibarən aradan qaldırılıb.
Hindistandan idxal olunan bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib
Nəzarət tədbirləri çərçivəsində “HB CO LTD” MMC-nin Hindistandan idxal etdiyi 4934 ədəd “Glukamin” və 2982 ədəd “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, “Glukamin” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkar müraciəti əsasında məhsul partiyası məhv edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş