Beynəlxalq ticarətdə qablaşdırma qaydalarına uyğun olmayan qida məhsullarının seritifikatla təmin edilməsinə və satışına yol verilməyəcək
2 Fevral 2021 10:33
Məlum olduğu kimi, ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsulları beynəlxalq ticarət qaydaları və idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ekspertizadan keçirilir və müvafiq sertifikatlarla təmin edilir. Eyni zamanda ölkəmizdən ixrac olunan qida məhsulları idxalçı ölkələrin idxal tələblərinə uyğun olaraq qablaşdırılmalı, etiketlənməli və markalanmalıdır.
Lakin həyata keçirilən nəzarət tədbirləri və monitorinqlər göstərir ki, bəzi hallarda sahibkarlıq subyektləri idxal-ixrac prosesləri zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozur, qida məhsullarının qablaşdırılması və etiketlənməsini normativ texniki sənədlərin tələblərinə uyğun olmadan həyata keçirməyə çalışır və bununla da beynəlxalq tələbləri pozmaqla yanaşı ölkənin ixrac imicinə ziyan vururlar.
Aparılan araşdırmalar zamanı bir sıra hallarda qida məhsullarının qablaşdırılmasında İSPM №15 “Beynəlxalq ticarətdə taxta materialları ilə qablaşdırma qaydaları”na dair beynəlxalq tələblərin pozulması (taxta yeşiklərdə etiketlənmə və markalanma) faktları aşkar olunur.
AQTA bununla bağlı olaraq qida sahəsində idxal-ixrac əməliyyatları zamanı sahibkarları diqqətli olmağa, qanunvericiliyin tələblərinə əməl etməyə, idxalçı ölkənin tələblərini nəzərə almağa çağırır. Bildirilir ki, bu sahədə normativ texniki aktların tələblərinə cavab verməyən, qablaşdırılmada istifadə edilən taxta paletlərində etiketlənmə və markalanma qaydalarına dair beynəlxalq tələblərə uyğun olmayan qida məhsullarının qida təhlükəsizliyi seritifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcəkdir.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində “Nord Star Pharma” MMC tərəfindən Rusiyadan idxal olunan “Biokor” istehsal müəssisəsinə məxsus “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş