Bəzi sahibkarlıq subyektlərinin ölkəyə idxal etdiyi qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
18 Mart 2024 14:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində cari ilin fevral ayında "BB 7" MMC tərəfindən ölkəyə gətirilmiş İran İslam Respublikasının “Maham Tejarat Dena Paydar” müəssisəsinin istehsalı olan 2000 kq zirinc, "AZNUR" MMC tərəfindən idxal edilmiş Belarus Respublikasının “AQROKOMBİNAT DZERJİNSKİY” müəssisəsinin istehsalı olan 1854 kq dondurulmuş toyuq filesi və “Azlat Food” MMC tərəfindən idxal edilmiş Rusiya Federasiyasının “AGRO-PLYUS” MMC-nin istehsalı olan 900 kq dondurulmuş hind quşu filesi məhsulu partiyalarından götürülmüş nümunələrin sınaq nəticəsinə əsasən, həmin məhsullarda uyğunsuzluq müəyyən olunub. Belə ki, idxal edilmiş zirinc məhsulunda kif-maya göbələkləri, dondurulmuş toyuq və hind quşu filesi məhsullarında isə Salmonella aşkarlanıb. Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə müvafiq qərarlar qəbul olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər
ABŞ-da istehsal olunan bir sıra qida məhsullarında bakteriya aşkarlanıb
Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun geri çağırılması barədə qərar elan edilib.
AQTA-da yem məhsulları və yem əlavələri idxal və istehsal edən sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində yem məhsulları və yem əlavələri idxal və istehsal edən sahibkarlarla görüş olub.
İstehlaka yararsız qida məhsulları məhv edilib
“Lüks EXP” MMC-nin Özbəkistan Respublikasından idxal etdiyi “Sam Ekspres Savdo Plus LLC” müəssisəsinin istehsalı olan ümumi çəkisi 10 200 kq üyüdülmüş qırmızı istiot məhsulu partiyasında “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkarlanıb.