Hindistandan idxal olunan yerfındığı məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb
11 Avqust 2023 15:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində “Buta Çərəz” MMC-nin Hindistan Respublikasından idxal etdiyi ümumi çəkisi 54108 kq yerfındığı (araxis) məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə Aflatoksin B1-in miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Çinə qida məhsulları ixrac edən müəssisələr CIFER sistemində qeydiyyatdan keçməlidirlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir. CIFER Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izləniləbilənliyinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması, habelə onların ÇXR qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb.
AQTA ilə Belarusun müvafiq qurumu arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Dövlət Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi arasında fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair onlayn görüş keçirilib.
İdxal olunan nektarin tingində Gavalının cibcibə virusu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində “Aqro-Mədrəsə” ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb. Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş