İdxal olunan uşaq qidası məhsul partiyasında uyğunsuzluq aşkarlanıb
20 Fevral 2025 12:54




Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana" SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb.
Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

İdxal olunan bitki çayında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində "RAM Solutions" MMC-nin Türkiyədən idxal etdiyi (02.03.2024-02.03.2026-cı il istehsal tarixli, 1026 partiya nömrəli) “Deva Dünyası Gıda Kozmetik Ltd. Şti” müəssisəsinin istehsalı olan “Minceur Form Tea” (nar çiçəkli) əmtəə nişanlı bitki çayından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 67,20 kq (240 qutu) bitki çayı məhv edilib. Qeyd edək ki, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar və təhlükəli qida məhsulları ilə bağlı məlumatlar Agentliyin rəsmi saytında yerləşdirilir. İstehlakçılar “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ” və “Qida zəncirinə nəzarət” bölmələrində “Təhlükəli məhsulların reyestri” blokuna keçid etməklə müvafiq məlumatlar əldə edə bilərlər.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirlərini çərçivəsində 2025-ci il 24-28 fevral tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Cəlilabad rayonu üzrə Zeydiyev Rəsul Əliəkbər oğlu Cəlilabad şəhəri, Cavadxan küçəsi İnzibati protokol tərtib edilib Kərimov Səyyad Habil oğlu Cəlilabad şəhəri, Qurtuluş küçəsi İnzibati protokol tərtib edilib Quliyev İlqar Söhbət oğlu Cəlilabad şəhəri, Qurtuluş küçəsi İnzibati protokol tərtib edilib Masallı rayonu üzrə Dadaşov Burhan Abdul oğlu Masallı şəhəri, 20 Yanvar küçəsi (Köhnə bazar) İnzibati protokol tərtib edilib Səfərov Saməddin Rəhim oğlu Masallı şəhəri, 20 Yanvar küçəsi (Köhnə bazar) İnzibati protokol tərtib edilib

Gəncədə fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlandı
Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Gəncə şəhəri, T.Arani və Kimyaçılar küçələrinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Verdiyev Bəhruz Vüqar oğluna məxsus məntəqədə dana əti adı altında satışa çıxarılan ətdən götürülmüş nümunələrin müayinəsi nəticəsində camış DNT-si və E.coli bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
