İdxal olunan yem əlavəsi partiyasında uyğunsuzluq aşkarlanıb
20 May 2025 10:55

Nəzarət tədbirləri çərçivəsində "Provet Solutions" MMC-nin Türkiyədən idxal etdiyi 208 ədəd 1 litrlik, 14 ədəd 25 litrlik “Aven Elektro Plus” əmtəə nişanlı yem əlavəsi məhsul partiyasından Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində manqan (Mn), mis sulfatın (Cu) və sink sulfatın (Zn) göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qəbul olunmuş qərar əsasında məhsul partiyası məhv edilib.
Oxşar xəbərlər

AQTA-da “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib
2025-ci il - "Konstitusiya və Suverenlik İli" çərçivəsində Qida Təhlükəsizliyi Agentliyində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə bildirilib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması və qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dahi liderin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunduğu barədə söz açıblar.

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür
Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günü kimi qeyd olunur. Bu gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis edilib. Məqsəd insanları həzm sistemi problemləri haqqında məlumatlandırmaq, sağlam qidalanmanın əhəmiyyətinə diqqət çəkmək və qastroenteroloji xəstəliklərin artan sayı ilə bağlı xəbərdarlıq etməkdir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən indiyədək “Sağlam məktəbli”, “Məktəblilər üçün kişmiş”, "Məktəblilərin Qida Bələdçiləri", “Şəkəri azalt, ömrünü uzat!” və bir sıra digər maarifləndirmə layihələri uğurla icra olunub. Hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi reallaşdırılır. Bu çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici layihələr icra olunur.

AQTA ötən il Dövlət Proqramının icrasını uğurla həyata keçirib
AQTA tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət Proqramında müəyyənləşdirilmiş 12 prioritet istiqamət üzrə 71 tədbirin icrası ilə bağlı 2024-cü il üzrə monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən tədbirlər üzrə ümumi icra vəziyyəti 90 %, gözlənilən təsir indikatorlarına görə isə 100% olub.
