İdxal olunmuş dondurulmuş toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb
20 May 2024 10:27
![İdxal olunmuş dondurulmuş toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/9038/xeberler-idxall.jpg)
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "Halal Food" MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Chirina LTD” müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kq dondurulmuş toyuq əti məhsulu partiyalarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
![Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub](https://afsa.gov.az/resized/resize224/center/pages/9365/whatsapp-image-2024-07-26-at-181412-1.jpg)
Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.
![Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9363/woah.jpg)
Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!](https://afsa.gov.az/resized/resize224/center/pages/9358/whatsapp-image-2024-07-26-at-120911.jpg)
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!
Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)