Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb
1 May 2024 16:05
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs İsrafilov Asif Loğman oğlunun Suriyadan ölkəmizə idxal etdiyi "Alpharabi for Veterinary Medicine & Agricultural İndustries" firmasının istehsalı olan 8846 ədəd müxtəlif adda baytarlıq preparatlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə baytarlıq preparatlarının PH göstəricisi, təsiredici maddəsi və qeydiyatına dair normativ texniki sənədlərində uyğunsuzluqlar aşkarlanıb.
Agentlik tərəfindən uyğunsuzluq aşkarlanan baytarlıq preparatlarının məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.
Oxşar xəbərlər
Azərbaycandan İsrailə bitkiçilik məhsullarının ixracı ilə bağlı məsələlər müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizəsi və Təftiş Xidmətinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycandan İsrailə pomidor məhsulunun ixracı üçün icazənin əldə olunması müsbət qiymətləndirilib. Bununla yanaşı, ölkəmizdən İsrailə digər bitkiçilik məhsullarının ixracı üçün zəruri icazələrin alınması üzrə görülən işlərlə bağlı müzakirələr aparılıb. Bundan əlavə, ölkəmizdə bitki zərərvericilərinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə İsrail tərəfinə ətraflı məlumat verilib. Görüş zamanı həmçinin, bitki sağlamlığı sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib. Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
İdxal olunan antep fıstığı məhsulu partiyası ilə bağlı müvafiq qərar qəbul edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Giriş