Rusiya Federasiyasından geri qaytarılmış moruq məhsulu partiyaları ilə bağlı açıqlama
8 Avqust 2023 17:53
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində bu ölkəyə ixrac olunan 36 ton təzə moruq məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. AQTA bildirir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq, məhsul 2023-cü il 8 avqust tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib.
Oxşar xəbərlər
Normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm" MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji aktiv qida məhsullarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edilib
Qida Təhlükəsizliyi Agentliyinin idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib. Məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul edilmiş müvafiq qərar əsasında məhv edilib.
Rusiyadan idxal olunan bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb. Belə ki, yağ “Jirovoy Kombinat” müəssisəsinin istehsalıdır. “Oba Market” MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton “Şedroe Leto” əmtəə nişanlı, 82,5%-lik, 1 kq-lıq məhsul partiyasında “3-monoxlorpropan1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir. Faktla bağlı Agentlik tərəfindən qanunauyğun tədbir görülərək, sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş