AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başladı
31 Yanvar 2020 14:33




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Könüllü Qida Nəzarətçisi” proqramına cəlb edilən könüllülər üçün təlimlərə start verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) keçirilən tədbirdə könüllülərə AQTA-nın fəaliyyət istiqamətləri və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə növbəti dəstəyini ehtiva edir.
Daha sonra ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, könüllülük anlayışı, “Könüllü Qida Nəzarətçisi” proqramının məqsədi, bu fəaliyyətin gənclərin peşəkar inkişafında rolu, proqrama qoşulan gənclərin görəcəyi işlər diqqətə çatdırılıb.
Tələbələrin könüllülük proqramına cəlb edilmələrinin onların bilikli və bacarıqlı kadr kimi yetişmələrində mühüm rol oynayacağı vurğulanıb.
Tədbirdə AQTİ mütəxəssisləri tərəfindən könüllülərə qida zəncirinin nəzarət nöqtələri, istehsalçıların məsuliyyəti, risklərin qiymətləndirilməsi və idarə edilməsi, şəffaflıq, ictimaiyyətin qida təhlükəsizliyi istiqamətində dəqiq və dolğun məlumat almasının təmin olunması və s. mövzularda məlumatlar verilib.
Təlimdə könüllüləri maraqlandıran suallar cavablandırılıb, təqdimatlar edilib.
Təlim 2 gün davam edəcək.
Oxşar xəbərlər

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

AQTA əməkdaşlarına təlim keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşlara “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda təlim keçirilib. Agentlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara liderliyin növləri, metodları və səriştələri barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
