“Könüllü Qida Nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə növbəti görüş keçirilib
27 Noyabr 2019 16:04






Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə bağlı növbəti görüş Azərbaycan Tibb Universitetinin tələbələri ilə keçirilib.
Görüşdə “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, bu layihə Agentliklə Tibb Universiteti arasında əməkdaşlığı daha da genişləndirəcək. Sonra layihənin məqsədi tələbələrin diqqətinə çatdırılıb. Qeyd olunub ki, məqsəd könüllülərin qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, prosesdə ictimai nəzarətçi qismində aktiv iştirakını təmin etməkdir. Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar – asudə vaxtlarında iştirak edəcək, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə edəcəklər.
Proqramda iştirak onların gələcəkdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu karyera qurmalarında müstəsna rol oynayacaq.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və ilkin qeydiyyat prosesi həyata keçirilib.
Oxşar xəbərlər

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

AQTA əməkdaşlarına təlim keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşlara “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda təlim keçirilib. Agentlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara liderliyin növləri, metodları və səriştələri barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
