“1003 - Çağrı Mərkəzi”nin əməkdaşlarına təlim keçirilib
30 Avqust 2022 14:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “1003 - Çağrı Mərkəzi”nin əməkdaşlarına ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçiləri tərəfindən “Effektiv ünsiyyət bacarıqları”, “Stres vəziyyətinin idarə olunması”, “Münaqişəli halların idarə edilməsi” mövzularında təlimlər keçirilib.
Təlimin keçirilməsində məqsəd iştirakçılara çağrı mərkəzində çalışmağın üstünlüyünün, aktiv dinləmə və izahetmə, həmçinin ünsiyyət etikası və inandırma bacarıqlarının, səsdən effektiv istifadə üsullarının, müştəriyönümlü xidmət açarının, gündəlik stresdən qorunma üsullarının və çətin vəziyyətlərdə çıxış yollarının, bu sahədə əməli vərdişlərin aşılanmasıdır.
2 gün davam edən təlimdə 3 modul üzrə istiqamətləndirilən iştirakçılarla müxtəlif diskussiyalar və aidiyyəti mövzularda praktiki məşğələlər aparılıb. Məşğələlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. İştirakçılara manipulyasiya, telemarketinq, parazit sözlər, aqressiv müştərilərə cavab verilmə qaydaları və digər məlumatlar çatdırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş