11 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
19 Fevral 2021 18:20
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 18 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 44 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 11 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
|
1. |
NOFƏL QARAGÖZOV NURQƏLƏM OĞLU |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
|
2. |
CEYHUN RÜSTƏMOV NƏRİMAN OĞLU |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
|
3. |
"ELAT KƏNDLİ-FERMER TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
İstehsal |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir |
|
4. |
RƏŞAD İLYASOV NURƏDDİN OĞLU |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
|
5. |
RASİM ZAMANOV MƏHƏMMƏD OĞLU |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
|
6. |
GÜLNARƏ QARALOVA SADIX QIZI |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
|
7. |
NADİR ABBASOV MƏHƏRRƏM OĞLU |
Pərakəndə satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
|
8. |
AYAZ MƏMMƏDOV BİLAL OĞLU |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
|
9. |
HAFİZ BABAYEV MÜBARİZ OĞLU |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
|
10. |
ANAR MUSAYEV ARİF OĞLU |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
|
11 |
RƏVAN İSMAYILOV CAVİD OĞLU |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Xırdalanda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Əmiraslanov Vasif Hidayət oğluna məxsus “Güvən Lahmacun” restoranında planlı yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, mətbəxdə və anbar sahəsində divarların asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin xüsusi ayrılmış yerdə saxlanmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.
İstehlaka yararsız ət və subməhsullarının satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlanıb. Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Suraxanı rayonunda mərasim evinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Cəfər İbrahim oğluna məxsus “Yurd” mərasim evində plandankənar yoxlama keçirib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mətbəxdə döşəmə, divar, tavan səthlərinin təmirsiz olduğu və asan yuyulub təmizlənə bilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, tərəvəzlərin, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib. Baxış zamanı yarımzirzəmi sahədə qanunsuz şəkildə dovğa emalının həyata keçirildiyi məlum olub, lakin qablaşdırma materiallarının etiket məlumatlarında məhsulun istehsal ünvanının Beyləqan rayonunun Gödəklər kəndi, istehsalçının isə Əliyev Rizvan Arzuman oğlu olduğu qeyd edilib. Həmçinin soyuducuda qanunvericiliyə uyğun markalanması aparılmayan mayonez qablarında minimum keyfiyyət və təhlükəsizlik sənədləri olmayan 15 ədəd 10 kiloqramlıq qatıq məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.