11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
17 Aprel 2023 16:40

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
14 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Lyuks" market |
Nizami rayonu, T.Abbasov küçəsi, ev 9 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"Elmart" market |
Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 3224 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
Cəfərov Ənvər Rahim oğluna məxsus mağaza |
Lənkəran şəhəri, Ş.Axundov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
"Məhəllə" market |
Lənkəran şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Vətən" market |
Lənkəran şəhəri, Sütəmurdov kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
"Xəzər" market |
Lənkəran şəhəri, Sütəmurdov kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
Xəlilov Nicat Cavid oğluna məxsus mağaza |
Lənkəran şəhəri, Ş.Axundov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Tez-Bazar" market |
Ağdaş rayonu, Yuxarı Ləki kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
9 |
"Dəniz" balıq evi restoranı |
Səbail rayonu, N.Quliyev küçəsi, ev 54 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Nargilə" restoranı |
Gəncə şəhəri, Ş.Bahəyəddin küç., ev 22 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 |
"Kristal" kafesi |
Gəncə şəhəri, C.Cabbarlı küçəsi 13 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
Oxşar xəbərlər

Lənkəranda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı
Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus ”Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

"Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlandı
Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib. Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.

“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı
Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında AQTA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub. Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.