16 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
7 Fevral 2023 14:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
6 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 32 ticarət müəssisəsi və 1 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 14, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Dirol" market |
Yasamal rayonu, A.Sultanova küç., ev 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
2 |
Gülməmmədov Qədir Faiq oğluna məxsus şərab evi |
Səbail rayonu, Salyan şosesi, 20-ci dairə |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
3 |
"Era" market |
Səbail rayonu, Salyan şosesi, ev 10B |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
4 |
"Rahat" market |
Abşeron rayonu, Hökməli qəs., Bakı-Şamaxı şosesi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
5 |
"Yeni" market |
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 4.Ev şəraitində hazırlanan məhsulların satışı |
|
6 |
"Dost" market |
İsmayıllı şəhəri, H.Əliyev prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
7 |
"Dokta İdeal" aptek |
İsmayıllı şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
8 |
"Zeytun" aptek |
İsmayıllı şəhəri, H.Əliyev prospekti |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
9 |
"Xan" market |
İsmayıllı şəhəri, H.Əliyev prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
10 |
"Ataxan" market |
Astara şəhəri, Azərbaycan küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
11 |
"Şahin" market |
Masallı rayonu, Ərkivan qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
12 |
Mirişov Vüsal Rizvan oğluna məxsus market |
Masallı rayonu, Ərkivan qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
13 |
"Halal" market |
Masallı rayonu, Ərkivan qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
14 |
Dadaşov Elnur Abutalıb oğluna məxsus market |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
15 |
Səfərov Məmməd Ramazan oğluna məxsus mağaza |
Zaqatala şəhəri, Göyəm kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
16 |
"Aydan" market |
Zaqatala şəhəri, Göyəm kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO
AQTA vaxtı bitmiş məhsulların yenidən satışa çıxarılması cəhdini aşkarlayıb. Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən “Best for Bar” MMC-yə məxsus fərdi yaşayış evinin qarajında (anbar kimi istifadə olunur) plandankənar yoxlama keçirilib. Baxış zamanı, ümumilikdə 49050 ədəd, hər biri 330 ml olan "Vintage Limonad" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) və "Vintage Cola" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) əmtəə nişanlı alkoqolsuz içki məhsulu aşkar edilib. Məhsulların bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bir hissəsinin tarixlərinin silindiyi, digər hissəsinin isə yararlılıq müddətinin bitdiyi müəyyən olunub. Yoxlama zamanı məhsulların üzərindəki tarixlərin dəyişdirilməsində istifadə edildiyi ehtimal olunan avadanlıq və vasitələr də aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhsulların və aşkar edilmiş vasitələrin toxunulmazlığı təmin edilərək möhürlənib. Məsul şəxs izahatında məhsulların son istifadə tarixlərinin dəyişdirilməsi faktını etiraf edib. Həmçinin yoxlama zamanı tələb olunan bəzi təsdiqedici sənədlərin təqdim edilmədiyi müəyyən olunub. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosessual tədbirlər davam etdirilir. Ətraflı:
Suraxanıda kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş vətəndaş müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fiziki şəxs Soltanov İlham Saməddin oğluna məxsus kafedə plandankənar yoxlama keçirilib. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-gigiyenik tələblərə və qida ilə təmasda olan səthlərə dair tələblərə əməl edilmədiyi, havalandırma sisteminin və zəruri yuma çanaqlarının olmadığı, soyuducuda korroziya izlərinin müşahidə edildiyi və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Ailə kəndli təsərrüfatlarına dəstək: Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihəyə başlanılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb. Ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda layihəyə start verilib. Layihə çərçivəsində süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları özündə əks etdirən etiketlərlə satışa təqdim olunacaq. Yeni yanaşma istehlakçıların məhsul haqqında dolğun məlumat əldə etməsinə, məhsulun mənşəyinin müəyyənləşdirilməsinə və bazarlarda satış prosesinin daha şəffaf təşkilinə xidmət edəcək. Bəzi hallarda ailə kəndli təsərrüfatlarında istehsal olunaraq bazarlarda satışa çıxarılan süd məhsullarının istehsalçısı və mənşəyi barədə məlumatlar tam şəkildə təqdim edilmir. Bu səbəbdən layihə çərçivəsində etiket nümunələri hazırlanıb, məhsulların xüsusi qablaşdırmada satışının təşkili istiqamətində müvafiq tədbirlər görülür. Layihə həmçinin ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə yönəlib. Məhsulların etiketlə təqdim olunması istehsalçıların tanınmasına, onların məhsullarına etimadın artmasına, bazarda rəqabət imkanlarının genişlənməsinə, həmçinin istehlakçı hüquqlarının qorunmasına və qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək. Sağlamlaşdırma tədbirlərinin mərhələli şəkildə digər ərzaq bazarlarında da həyata keçirilməsi nəzərdə tutulur. Link:
Giriş