18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
22 Avqust 2023 14:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
21 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 13 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Rahat" supermarket |
Bakı şəhəri, Xəzər rayonu, Qala ştq, Qala küçəsi, ev 15 |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
2 |
"Dəniz" market |
Sumqayıt şəhəri, Koroğlu prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
3 |
"RS Ağsu Group" MMC-yə məxsus şərab evi |
Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
4 |
Qədirli Məsim Cahid oğluna məxsus ərzaq mağazası |
Şamaxı rayonu, Şirvan küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
5 |
"Okean" market |
Şamaxı rayonu, 20 Yanvar küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
İctimai iaşə müəssisələri |
|||
|
6 |
"Samirin Dönəri" dönər evi |
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 64/11 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
7 |
"Canım Lahmacun" restoranı |
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 16G |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
8 |
"Şaurma" kafesi |
Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi, ev 74 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
9 |
"Naxadu Dönər" |
Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, ev 81, m.2 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
10 |
"Beşiktaş Büfe" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
11 |
"Yağmur-Türk Sofrası" restoranı |
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, Z.Zeynalov küçəsi, ev 3 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
12 |
"Şeyx Şaurma" restoranı |
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ştq |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
13 |
"Stop Şaurma" restoranı |
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç., Xiyabani küçəsinin kəsişməsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
14 |
"Ekspress Manqal" dönər evi |
Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
15 |
"Ata-Yurd" kafesi |
Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
16 |
"Dörd Fəsil" restoranı |
Lənkəran rayonu, Sütəmurdov kəndi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
17 |
"Düşbərə" kafesi |
Lənkəran şəhəri, H.Abdullayev küç., ev 37 |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
18 |
"ATP" restoranı |
Lənkəran şəhəri, Ləvəngi dairəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Giriş