18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
30 Yanvar 2023 17:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
27 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 17 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 12, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Məlhəm" aptek |
Xətai rayonu, Sadıqcan küç., ev 15 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
2 |
"Selin" market |
Xətai rayonu, Sadıqcan küç., ev 21 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
3 |
"Ordubad" market |
Sumqayıt şəhəri, 40-cı məhəllə |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
4 |
"Grand" market |
Quba şəhəri, H.Əliyev prospekti |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
5 |
"Qobustan" market |
Qobustan şəhəri, Bakı-Qazax yolu |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
6 |
"Şamil" market |
Qobustan şəhəri, Bakı-Qazax yolu, 93-cü km |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
7 |
"Ramin" market |
Qobustan şəhəri, Bakı-Qazax yolu, 91-ci km |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
8 |
"NFR" market |
Cəlilabad şəhəri, H.Əliyev prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
9 |
"Tacir" market |
Qazax şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
İctimai iaşə müəssisələri |
|||
|
10 |
"1984" pub |
Yasamal rayonu, O.Əliyeva küç., ev 43 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
11 |
"Coffe Mode" kafesi |
Xətai rayonu, Xocalı pr., ev 29, m. 44 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
12 |
"Mübarək" şadlıq sarayı |
Xətai rayonu, Xocalı pr., ev 15 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
13 |
"Porto" hotelində restoran |
Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3, ev 28 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
14 |
"Malacannes" restoranı |
Səbail rayonu, R.Rza küç., ev 11 |
Ev şəraitində hazırlanan məhsulların satışı |
|
15 |
"Central Baku" restoranı |
Nəsimi rayonu, R.Rza küç., ev 27, m. 5 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
16 |
"Köz Dönər" dönər evi |
Qobustan rayonu, Bakı-Qazax yolu |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
17 |
"Aftoş Dönər" dönər evi |
Cəlilabad şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
18 |
"Soflu" kafesi |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş