19 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
16 Mart 2023 16:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
15 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 19 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 12, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 12, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 6 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət müəssisələri |
|||
1 |
"Ağdam" market |
Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 7 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"Sevimli" market |
Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 99 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Qayalı Bulvar" market |
Sumqayıt şəhəri, Bulvar küçəsi |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 |
"Rüfət" market |
Xaçmaz rayonu, Mürşüdoba kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
"Harun" market |
Xaçmaz rayonu, Mürşüdoba kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Anar Sabiroba" market |
Xaçmaz rayonu, Sabiroba kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
"Real" market |
Şirvan şəhəri, 1 May küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
8 |
"M-M" market |
Bərdə rayonu, H.Əliyev prospekti |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Uğur" market |
Tovuz rayonu, M.Musayev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Polad" market |
Tovuz rayonu, M.Musayev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
Həsənov Elmar İsmayıl oğluna məxsus mağaza |
Tovuz rayonu, M.Musayev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
12 |
"Çinar Bağı" kafesi |
Bakı şəhəri, Xəzər rayonu, Binə qəs., M.P.Vaqif küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Görüş" kafesi |
Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 68 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
"Leon Pub" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr., ev 64/68 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"İzmir" kafesi |
Xaçmaz rayonu, Qusarçay kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
"Yaşıl Məkan" restoranı |
Xaçmaz rayonu, Qusarçay kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Ormanbulaq" restoranı |
Xaçmaz rayonu, Həsənqala kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"Yanar" dönər evi |
Bərdə rayonu, H.Əliyev prospekti |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
"Aftoş" dönər evi |
Tovuz rayonu, M.Musayev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.