21 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
18 Oktyabr 2022 17:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
17 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 33 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 19, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 16 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Ramil" market |
Nərimanov rayonu, N.Nərimanov küç., ev 36B |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 |
Məmmədov Zakir Safo oğluna məxsus "Araz" market |
Suraxanı rayonu, Z.Əliyev küç., ev 27 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
"Aydın" market |
Suraxanı rayonu, Bülbülə qəs., S.Bəhlulzadə küç., ev 49 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
"Grandmart" supermarket |
Xəzər rayonu, Mərdəkan qəs., ev 74 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
5 |
"Rahat" market |
Xəzər rayonu, Qala küç., ev 15 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 |
"Araz Azəri" market |
Abşeron rayonu, Saray qəsəbəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
"Elmar" market |
Abşeron rayonu, Saray qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
"Vüsal" market |
Quba şəhəri, Ə.Nərimanov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 |
"Sultan" market |
Quba şəhəri, Ə.Nərimanov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
"Nazim" market |
Quba şəhəri, G.Əsədov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
"Saat" market |
Quba şəhəri, Ə.Nərimanov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
Heydərov İlkin Bəxtiyar oğluna məxsus market |
Quba şəhəri, Ə.Nərimanov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
Nuriyev Sənan Ənvər oğluna məxsus ərzaq mağazası |
Ağsu şəhəri, Vidadi küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 |
Mürsəlzadə Xəyyam Namiq oğluna məxsus ərzaq mağazası |
Ağsu şəhəri, Vidadi küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"Cihan" market |
Ağsu şəhəri, Vidadi küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
Mirzəyev Səid Sarı oğluna məxsus ərzaq mağazası |
Ağsu şəhəri, Vidadi küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17 |
"Adil" market |
Ağsu şəhəri, Vidadi küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
18 |
"Həmiz" market |
Ağsu şəhəri, Vidadi küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
19 |
"Cıdır" restoranı |
Nərimanov rayonu, N.Nərimanov küç., ev 909 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
20 |
"Ümid" kafesi |
Suraxanı rayonu, Əmircan qəs., Z.Əliyev küç., ev 27 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21 |
"The Hall by Emiland" restoranı |
Nəsimi rayonu, Füzuli küç., ev 49 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.