23 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
11 Aprel 2023 15:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
10 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi, o cümlədən 8 aptek və 13 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 23 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 14, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 14, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Nərmin" market |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küç., ev 35 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
2 |
"A Plus" market |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
3 |
"Şərab Evi" |
Sabunçu rayonu, Sülh küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
4 |
"Grandmart Express" market |
Abşeron rayonu, "Stansiya Sumqayıt" yaşayış massivi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
5 |
"Dondurma" market |
Xaçmaz şəhəri, H.Əliyev prospekti, ev 57 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
6 |
Xaliqov Firudin Bibiqulu oğluna məxsus market |
Xaçmaz şəhəri, A.Mustafayev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
7 |
Nemətov Məhəmmədəli Sacəddin oğluna məxsus market |
Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
Apteklər |
|||
|
8 |
"Buta" aptek |
Sabunçu rayonu, Bakıxanov ştq, N.İsmayılov küç., ev 81 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
9 |
"Buta" aptek |
Sabunçu rayonu, Bakıxanov ştq, N.İsmayılov küç., ev 59 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
10 |
"555” aptek |
Xaçmaz şəhəri, N.Nərimanov küç., ev 49C |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
İctimai iaşə müəssisələri |
|||
|
11 |
"Meat Garden" kafesi |
Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
12 |
"Vətən" restoranı |
Nəsimi rayonu, Tbilisi prospekti, ev 58 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
13 |
"Nar" kafesi |
Yasamal rayonu, H.Cavid prospekti, ev 17 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
14 |
"Şəki" restoranı |
Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 38A |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
15 |
Quliyev Sədrəddin Nazir oğluna məxsus kafe |
Ağcabədi rayonu, H.Hacıyev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
16 |
"Baba" kafesi |
Ağcabədi rayonu, Aşağı Avşar kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
17 |
"Şah" kafesi |
Ağcabədi rayonu, Aşağı Avşar kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
18 |
"Lələtəpə" kafesi |
Ağcabədi rayonu, Avşar kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
19 |
"Əriklik" restoranı |
Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Seyfi küçəsi 98A |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
20 |
"Şam Bağı" kafesi |
Gəncə şəhəri, Z.Hacıyev küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
21 |
"Su Səsi" restoranı |
Tovuz rayonu, Abulbəyli kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
22 |
"Mangal" kafesi |
Tovuz rayonu, Düz Cırdaxan kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
23 |
"Cəmaləddin" kafesi |
Tovuz rayonu, Qədirli kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş