24 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
4 Noyabr 2023 17:44

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
2-3 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 17 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1. |
"Bolmart" supermarket |
Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 46C |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2. |
"Şok" market |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 10A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3. |
"Çinar" şərab evi |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 3 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4. |
"Ocaq" market |
Şamaxı rayonu, Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5. |
Xamiyev Ramiz Mirzaid oğluna məxsus mağaza |
Lənkəran rayonu, Mamusta kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6. |
Məmmədov Faiq Höcətulla oğluna məxsus mağaza |
Lənkəran rayonu, Mamusta kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7. |
"Qafqaz" pərakəndə satış mağazası |
Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8. |
Abdurahmanova Xatirə Aliy qızına məxsus ərzaq mağazası |
Şəki rayonu, Şəki şəhəri, S.Mümtaz küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Aptek |
|||
9. |
"Dokta" aptek |
Şamaxı rayonu, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
10. |
"Alibaba Lounge" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11. |
"Food House Restorant" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 44B, 46B, 46C, 46D |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12. |
"Gözət Təpə" restoranı |
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, ev 40 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
13. |
"Göy-Göl" restoranı |
Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, 9-cu mkr |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14. |
"Zeytun Bağı" restoranı |
Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11D |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15. |
"Qala Qapısı" restoranı |
Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 4-cü mkr |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16. |
"Köz" dönər evi |
Hacıqabul rayonu, Hacıqabul şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17. |
Hidayətov Cavid Qəhrəman oğluna məxsus çayxana |
Oğuz rayonu, Oğuz şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
18. |
"Elit" çay evi |
Şəki rayonu, Şəki şəhəri, S.Rəhman küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19. |
Nəsibov Vüsal Əliheydər oğluna məxsus dönər evi |
Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
20. |
"№ 1" dönər evi |
Şəki rayonu, Şəki şəhəri, M.Müşfiq küçəsi, ev 7A |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21. |
Abdulhəmidov İskəndər Elçin oğluna məxsus dönər evi |
Şəki rayonu, Şəki şəhəri, M.Müşfiq küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
22. |
"Zirvə" kafesi |
Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
23. |
"Romani" dönər evi |
Zaqatala rayonu, Zaqatala şəhəri, Əliabad qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24. |
Kaltayev Pərvin Qüdrət oğluna məxsus dönər evi |
Balakən rayonu, Balakən şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.