29 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
7 İyun 2023 17:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
2-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 20 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 29 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 13, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 25, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Səhər" market |
Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 62H |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
2 |
"Eco" mağaza |
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 13 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
3 |
"Real Store" market |
Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi, ev 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
4 |
"Lemart" market |
Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsi, ev 14, m. 39 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
5 |
Alkoqollu və alkoqolsuz içkilərin topdan satışı mağazası |
Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 12B |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
6 |
"Damla" market |
Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 20 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
7 |
"Çinarlı" market |
Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 70 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
8 |
Məmmədov Tural Vəkil oğluna məxsus mağaza |
Astara şəhəri, Qum küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
9 |
Əliyev Bünyaminə məxsus şərab evi |
Qax şəhəri, V.Eyvazov küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
10 |
"3 Qardaş" market |
Göyçay şəhəri, Potu kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
11 |
Kərimov İsmayıl Lətif oğluna məxsus şərab evi |
Göyçay şəhəri, M.Hüseynzadə küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
12 |
"Az-Granata" şərab evi |
Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
İctimai iaşə müəssisələri |
|||
|
13 |
"Muzey" çay evi |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev və F.X.Xoyski prospektinin kəsişməsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
14 |
"Zoğal" restoranı |
Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, ev 71 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
15 |
"Qəbələ Xanlar" restoranı |
Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 59, m. 59 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
16 |
"Madison" restoranı |
Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, m. 11 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
17 |
"Tobiko Sushi" restoranı |
Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 188 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
18 |
"Shaurma №1" restoranı |
Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
19 |
"Cıdır Düzü" şadlıq evi |
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 1A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
20 |
"Yeni Həyat" kafesi |
Quba rayonu, Qəçrəş yolu |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
21 |
"Rəvan" kafesi |
Quba rayonu, Qəçrəş yolu |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
22 |
"Kamran" kafesi |
Quba rayonu, Qəçrəş yolu |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
23 |
"Green Park" istirahət mərkəzində restoran |
Quba rayonu, Qəçrəş yolu |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
24 |
"Ailəvi" istirahət mərkəzində restoran |
Quba rayonu, Qəçrəş yolu |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
25 |
"Dark Forest" istirahət mərkəzində restoran |
Quba rayonu, Qəçrəş yolu |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
26 |
"Nəqşi Cahan" istirahət mərkəzində restoran |
Quba rayonu, Qəçrəş yolu |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
27 |
"Olimp" istirahət mərkəzində restoran |
Quba rayonu, Qəçrəş yolu |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
28 |
"Qaya" kafesi |
Şamaxı rayonu, Muğanlı-İsmayıllı yolu |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
29 |
Süleymanov İntiqam Ağasüleyman oğluna məxsus kafe |
Şamaxı rayonu, Muğanlı-İsmayıllı yolu |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş