31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
27 Dekabr 2022 15:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
26 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 41 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 31 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 8, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 19, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 7 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Tayqa" market |
Binəqədi rayonu, A.Kunanbayov küç., ev 312 |
1. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
2 |
"Depo" aptek |
Nəsimi rayonu, Nizami küç., ev 121 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Zeytun" aptek |
Nəsimi rayonu, Ə.Əliyeva küç, ev 235A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
"Moruğ" aptek |
Nəsimi rayonu, D.Əliyeva küç., ev 135A |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Dokta" aptek |
Xətai rayonu, S.Vəzirov küç., ev 22 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
"Röyal" market |
Xətai rayonu, S.Vəzirov küç., ev 6 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Bolmart" market |
Sumqayıt şəhəri, 21-ci mikrorayon |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Tam" market |
Abşeron rayonu, Saray qəsəbəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Bizim" market |
Abşeron rayon, Xırdalan şəhəri, Qalubiyya küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Zeytun" aptek |
Abşeron rayon, Xırdalan şəhəri, Musəbəyov küçəsi, ev 5 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
"Uğur" market |
Xaçmaz rayonu, Müzəffəroba kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
"Gənclik" market |
Xaçmaz rayonu, Qusarçay kəndi |
1. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
13 |
"Müşkünaz" MMC-yə məxsus aptek |
Şamaxı şəhəri, N.Nərimanov küç., ev 13 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
"Dokta" aptek |
Şamaxı şəhəri, N.Nərimanov küç. |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
"Azeri Med" MMC-yə məxsus "Kanon" aptek |
Şamaxı şəhəri, N.Nərimanov küç. |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
16 |
"Aptek-804" |
Salyan şəhəri, Y.Qasımov küç. |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Dokta" aptek |
Salyan şəhəri, Y.Qasımov küç., ev 2 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"Dəmirağac" market |
Lənkəran şəhəri Girdəni kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
19 |
"UFA" market |
Lənkəran şəhəri Girdəni kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
20 |
"Girdəni" market |
Lənkəran şəhəri Girdəni kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21 |
"Dokta" aptek |
Yevlax şəhəri, H.Əliyev pr., |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
22 |
"3 Qardaş dokta" aptek |
Yevlax şəhəri, H.Əliyev pr., |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
23 |
"Yaşıl" aptek |
Yevlax şəhəri, H.Əliyev pr., |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24 |
"Fidan" market |
Ağstafa şəhəri. S.Vurğun küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
25 |
"Səmədoğlu" market |
Ağstafa rayonu, Qırılı kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
26 |
"Meyvəli" market |
Zərdab rayonu, Dördyol ərazisi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
27 |
"Üfüq topdan satış" market |
Zərdab rayonu, Azərbaycan küçəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
28 |
"Hollywood" restoranı |
Binəqədi rayonu, Binəqədi şossesi, ev 200e |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
29 |
"Rooms by Emiland" restoranı |
Nərimanov rayonu, M.K.Atatürk pr., ev 33A |
Ev şəraitində hazırlanan məhsulların satışının həyata keçirilməsi |
30 |
"Signature" restoranı |
Binəqədi rayonu, Ş.Məmmədova küç., ev 7 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
31 |
"Stalovaya" restoranı |
Xətai rayonu, S.Vəzirov küç., ev 35A |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.