37 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
19 Dekabr 2022 17:58
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
16 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 40 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 37 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 25, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 11, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 8, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 24, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 4, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Organic" kənd məhsulları mağazası |
Xəzər rayonu, S.Yesenin küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"Ayxan" market |
Sabunçu rayonu, Zabrat ştq, |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
"Buta" aptek |
Xəzər rayonu, Mərdəkan ştq, |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Gəmiqaya Holdinq şirkətlər ittifaqının |
Nizami rayonu, Ə.Nəvai küç., ev 7 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Dünya" market |
Səbail rayonu, A.İsmayılov küç., ev 1A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Jasmin" aptek |
Səbail rayonu, Salyan şosesi, 20-ci sahə |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Okea" aptek |
Yasamal rayonu, H.Cavid küç., ev 21 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"El" market |
Sumqayıt şəhəri, Azərbaycan küçəsi |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 2.Ev şəraitində hazırlanan məhsulların satışı |
9 |
"Foodmart" market |
Xırdalan şəhəri, 30-cu məhəllə, ev 3 |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
10 |
"Azəri Med" aptek |
Quba şəhəri, 22-ci məhəllə, T.Əhmədov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
"Süper" market |
Şamaxı rayonu, Göylər kəndi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Ev şəraitində hazırlanan məhsulların satışı |
12 |
Səfərov Şaiq Baloğlan oğluna məxsus ərzaq mağazası |
Şamaxı rayonu, Göylər kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Göylər" market |
Şamaxı rayonu, Göylər kəndi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 |
"Şirvan-Zeytun" aptek |
Şirvan şəhəri, M.Rəsulzadə küç., ev 23 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
"Yaşıl" aptek |
Şirvan şəhəri, T.İsmayılov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
16 |
"Dokta" aptek |
Şirvan şəhəri, T.İsmayılov küç., ev 10 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Dokta" aptek |
Şirvan şəhəri, M.Rəsulzadə pr., ev 33 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"İlac" aptek |
Şirvan şəhəri, M.Rəsulzadə pr., ev 37m |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
"Zeytun" aptek |
Şirvan şəhəri, Xəqani küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
20 |
"Dokta" aptek |
Sabirabad şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
21 |
"Arzu" market |
Yevlax şəhəri, H.Əliyev prospekti 65 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
22 |
"Kanon" aptek |
Balakən şəhəri, H.Əliyev prospekti |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
23 |
"Zəfəran" aptek |
Balakən şəhəri, S.Gözəlov küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24 |
"Vitamin" aptek |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
25 |
"Azeri Med" aptek |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
26 |
"Araz" aptek |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
27 |
"Zəfəran" aptek |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
28 |
"Avromed" aptek |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
29 |
"Bərəkət" market |
Şəmkir şəhəri, N.Nərimanov küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
30 |
"E&F" market |
Şəmkir şəhəri, Ə.Cavad küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
31 |
"Dokta" aptek |
Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
32 |
"Yolüstü" market |
Ağcabədi rayonu, Hacıbədəlli kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
33 |
"Aşbaz" restoranı |
Sabunçu rayonu, Zabrat ştq, X.Əliyev küç., ev 2 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
34 |
"Louvre" şadlıq evi |
Sabunçu rayonu, Zabrat qəsəbəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
35 |
"Kasap Dönər" kafesi |
Yasamal rayonu, H.Cavid pr., A.Sultanova küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
36 |
"Alça Bağı" kafesi |
Cəlilabad şəhəri, Qurtuluş prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
37 |
"Nəfis" dönər evi |
Şəmkir şəhəri, Ə.Cavad küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.