38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
15 Dekabr 2022 17:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
14 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 38 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 34, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 26, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması ilə bağlı 3, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Sərham" market |
Sabunçu rayonu, Bakıxanov ştq, Y.Əliyev küçəsi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 |
"Şərab Evi" |
Xətai rayonu, X.Məmmədov küç., ev 41 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Dokta" aptek |
Nizami rayonu, M.Şərifli küç., ev 84B, m. 3C |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Buta" aptek |
Nizami rayonu, M.Şərifli küç., ev 9, 2512-ci məhəllə |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
"Vəfa" market |
Nəsimi rayonu, M.Qaşqay küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Vita Bayıl" aptek |
Səbail rayonu, Bayıl qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Vita" aptek |
Yasamal rayonu, Ş.Mehdiyev küç., ev 97 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Şərab Evi" |
Nəsimi rayonu, C.Məmmədquluzadə küç., |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Bax Belə" market |
Səbail rayonu, Ə.Yaqubov küç., ev 52C |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Zeytun" aptek |
Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
Əhmədov Kazım Osman oğluna məxsus market |
Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
12 |
"Ruzi" market |
Qusar şəhəri, K.Marks küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"İdeal" market |
Şamaxı rayonu, Göylər kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 |
"Adil" market |
Şamaxı rayonu, Göylər kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"Qarışıq" market |
Şamaxı rayonu, Göylər kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
"Zeytun" aptek |
Şirvan şəhəri, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Dokta" aptek |
Şirvan şəhəri, N.Nərimanov küç., ev 30 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"Zəfəran" aptek |
Şirvan şəhəri, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
"Dokta" aptek |
Şirvan şəhəri, N.Nərimanov küçəsi 3 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
20 |
"İbn Sina" aptek |
Şirvan şəhəri, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
21 |
"Dokta" aptek |
Sabirabad şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
22 |
"Dokta" aptek |
Sabirabad şəhəri, H.Əliyev pr., ev 21A |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
23 |
"Nur" aptek |
Sabirabad şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
24 |
"Əli" aptek |
Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 57 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
25 |
"Kardio" aptek |
Şəki şəhəri, Bağbanlar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
26 |
"Kardio" aptek |
Şəki şəhəri, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
27 |
"Kardio" aptek |
Şəki şəhəri, Z.Əliyeva küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
28 |
"Zeytun" aptek |
Tovuz şəhəri, H.Aslanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
29 |
"Zeytun" aptek |
Tovuz şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
30 |
"Durna Teli" şadlıq evi |
Sabunçu rayonu, Bakıxanov ştq, S.Mehmandarov küç., ev 185 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
31 |
"Kristal" şadlıq evi |
Sabunçu rayonu, Bakıxanov ştq, S.Mehmandarov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
32 |
"Lyuks Dönər Manqalda" kafesi |
Sabunçu rayonu, Bakıxanov ştq, S.Mehmandarov küç., ev 17 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
33 |
"Armood" restoranı |
Sabunçu rayonu, Bakıxanov ştq, S.Mehmandarov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
34 |
"Üzbəüz" kafesi |
Mingəçevir şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
35 |
"Çinar" restoranı |
Mingəçevir şəhəri, Mingəçevir şosesi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
36 |
"Atmosfer" kafesi |
Mingəçevir şəhəri, Təbriz küçəsi 11 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
37 |
"Xəzər Pub" kafesi |
Mingəçevir şəhəri, Təbriz küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
38 |
"Köz Dönər" |
Tovuz rayonu, Qovlar şəhəri |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.