9 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
14 Avqust 2023 17:24

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
11 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Çempion" market |
Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, m.1 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 |
Fəttayev Əminağa Niyazi oğluna məxsus mağaza |
Astara rayonu, Təngərud kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
Zaidova İsmirə Zaid qızına məxsus mağaza |
Astara rayonu, Təngərud kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
4 |
"İsgəndər" restoranı |
Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, m.26 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Kings Baku" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 64A |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 |
"Sayad" restoranı |
Şamaxı rayonu, Qaleybuğurd kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Alı Bulağı" restoranı |
Şamaxı rayonu, Qaleybuğurd kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Buğurdqala" restoranı |
Şamaxı rayonu, Qaleybuğurd kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 |
Əliyev Bəhruz Gəncəli oğluna məxsus kafe |
Astara rayonu, Pensər kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

İdxal olunan uşaq qidası məhsul partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb. Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Spirtli içkilərlə bağlı nəzarət tədbirləri davam etdirilir
Xəbər verildiyi kimi, Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Yayılan məlumatlarda bildirilir ki, Ankara şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 59 nəfərə, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan, bu ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir. Qeyd edək ki, ölkəmizə Türkiyə Cümhuriyyətindən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə, bu məhsulların idxalına icazə verilir. Məlumat üçün bildirək ki, 2024-cü il ərzində Türkiyə Cümhuriyyətindən ümumilikdə 645120 litr (23700 litri rakı, 620890 litri pivə, 530 litri şərab), 2025-ci ilin 1 yanvar-17 fevral tarixlərində isə 46300 litr (5150 litri rakı, 41150 litri pivə) spirtli içki idxal olunub ki, bu məhsullar da təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib və istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib. Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.