Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb
8 Avqust 2023 12:49
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/4-1.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/2-2.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/3-2.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/5.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/6-1.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/4-1.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/2-2.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/3-2.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/5.jpg)
![Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7060/6-1.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Ağcabədi rayonu, F.Əlizadə küçəsində yerləşən “Ay İşığı” kafesində mənşəyi məlum olmayan ətlərdən yeməklərin hazırlanması, müəssisənin qanunsuz olaraq fəaliyyət göstərməsi və antisanitar vəziyyətlə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən fiziki şəxs Quliyev Sabir Qəşəm oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi məlum olub. Həmçinin aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Belə ki, ictimai iaşə müəssisəsində mal qonşuluğu prinsipinin pozulduğu, bəzi qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müşahidə olunub. Yoxlama zamanı müəssisəyə qəbul edilən xırdabuynuzlu heyvan ətlərinin müşayiətedici sənədlərinə və vaxtaşırı olaraq müvafiq təmizlik işlərinin aparılmasına dair sənədlər təqdim olunmayıb. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər
![Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10276/whatsapp-image-2025-02-17-at-114443.jpg)
Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)