Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb
29 Noyabr 2023 11:05
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/1-2.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/2.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/3.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/4.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/5.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/1-2.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/2.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/3.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/4.jpg)
![Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7967/5.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlanıb:
- 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq məhsulu;
- 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad məhsulu;
- 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
![Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10276/whatsapp-image-2025-02-17-at-114443.jpg)
Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)