“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
8 May 2026 17:43
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “Alp Delux” şadlıq evində Ədliyyə Nazirliyinin Dövlət Reyestrindən çıxarış əsasında 29 aprel tarixində plandankənar yoxlama keçirilib. Çıxarış şadlıq evinin səlahiyyətli şəxsinə təqdim edilib, daha sonra iaşə obyektinin nümayəndəsinin iştirakı ilə yoxlama aparılıb. Yoxlama müfəttişin yaxa kamerası ilə lentə alınıb. Mediada çıxış edərək yoxlamanın aparılmadığını iddia edən şadlıq evinin səlahiyyətli şəxsi özü də yoxlama zamanı şadlıq sarayında olub. Yoxlama zamanı soyuducu sahədə saxlanılan, görünüşü şübhə doğuran ət məhsullarından götürülmüş nümunələr laborator müayinəyə cəlb olunub və nəticədə ət nümunələrində at DNT-si müəyyən edilib. Bundan başqa, şadlıq evində bir sıra sanitar-gigiyenik nöqsanlar da aşkarlanıb.
Faktla bağlı şadlıq evinin rəhbərliyi barəsində səlahiyyətli nümayəndənin iştirakı ilə inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb və icrası məcburi göstərişlər verilib.
AQTA olaraq, ictimai iaşə obyektlərini qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və qanun pozuntularına qarşı tədbirlərin davam etdiriləcəyini bildiririk.
Videoya keçid:
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş