Antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb
16 İyun 2021 17:38








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndində fəaliyyət göstərən fiziki şəxs Səfərov Cavanşir Zülfüqar oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.
Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Belə ki, sexdə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-14 mart tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Lənkəran, İmişli rayonlarında fəaliyyət göstərən 35 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

“Sarı Qaya” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus “Sarı Qaya” ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Xızıda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmasının aparılmadığı, unların üzərində azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
