Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
2 Oktyabr 2026 20:12
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub. Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub. Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Kritik Nəzarət Nöqtəsi (CCP) nədir?
Qida təhlükəsizliyi sistemində Kritik Nəzarət Nöqtəsi (CCP) məhsulun təhlükəsizliyini təmin edən ən vacib mərhələlərdən biridir. CCP – qida istehsalı prosesində təhlükənin qarşısının alındığı, aradan qaldırıldığı və ya qəbul edilə bilən səviyyəyə endirildiyi kritik nəzarət nöqtəsidir. Təhlükənin effektiv idarə olunması Məhsulun təhlükəsizliyinin təmin edilməsi İstehlakçı sağlamlığının qorunması Bu mərhələdə düzgün nəzarət aparılmazsa, məhsul insan sağlamlığı üçün risk yarada bilər və sonradan bu riski aradan qaldırmaq çox çətin olar. HACCP sisteminin əsas məqsədi bütün prosesi deyil, məhz ən riskli və kritik nöqtələri nəzarətdə saxlamaqdır.
"Piano Hall" şadlıq evində nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
Qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Zeynalov Şöhrət Ağakərim oğluna məxsus təndirxanada plandankənar yoxlama keçirib. Baxış zamanı qida obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş