AQTA çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb
3 Aprel 2023 09:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın təmin edilməsi məqsədilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinə əsasən, məlumat bazasının təhlili nəticəsində bu sahədəki bir sıra nöqsanların müəyyənləşdirilərək müvafiq addımların atılmasına dair hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Planın icrası çərçivəsində respublika ərazisində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində istehsal olunan, habelə ölkəyə idxal edilən çörək məmulatlarından nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№ |
Müəssisə |
Ünvan |
1 |
"Magnat Group" MMC |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a |
2 |
Fiziki şəxs Yusubova Təhminə Yusub qızı |
Abşeron rayonu, Məhəmmədi kəndi |
3 |
Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu |
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30 |
4 |
Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu |
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7 |
5 |
Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu |
Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27 |
6 |
Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı |
Gəncə şəhəri, N.Nərimanov küçəsi 54 |
7 |
“Arizoğlu” MMC |
Gəncə şəhəri, 1-ci mkr |
8 |
“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi |
Füzuli rayonu, Horadiz şəhəri |
9 |
"Bərdə-Çörək" ASC |
Bərdə rayonu, S.Vurğun küçəsi 18 |
10 |
Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı |
Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi |
11 |
Əhmədov Elnur Namizəd oğlu |
Yevlax şəhəri, H.Əliyev prospekti 101 |
AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.