AQTA-da Milli qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi ilə bağlı seminar keçirilib
2 İyun 2022 15:42
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” mövzusunda seminar keçirilib. Seminar “Ərzaq və Kənd Təsərrüfatı üzrə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı”na (FTPP II) əsasən maliyyələşdirilən “Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
AQTA, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə FAO və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən birgə hazırlanmış “Qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası haqda ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən konsepsiya milli səviyyədə qida nəzarət sistemlərinin effektivliyinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsində üzv ölkələrə kömək etmək məqsədi daşıyır. Azərbaycanda da tətbiqi nəzərdə tutulan konsepsiya beynəlxalq təcrübəyə əsaslanaraq, mövcud qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi yolu ilə bu sahənin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə imkan verəcək.
Seminara qoşulan FAO ekspertlərinin mövzu ilə bağlı geniş təqdimatından sonra qida təhlükəsizliyinə nəzarət sahəsində metodologiya, beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb, qiymətləndirilmə prosesinin həyata keçirilməsində Azərbaycan üçün konkret məqsədlər, gözlənilən nəticələr və tərəflərin icra öhdəlikləri müzakirə olunub.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş