AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir − VİDEO
3 Sentyabr 2026 17:23
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu müəyyən edilib.
Aşkar edilən nöqsanlar əsasən müxtəlif məhsul növlərinin satışı üçün müvafiq şəraitin yaradılmaması və bazarlarda kifayət sayda piştaxta, rəf və digər zəruri avadanlıqlarla təchiz olunan zonaların ayrılmaması ilə bağlıdır. Eyni zamanda, süd və süd məhsulları, ət və ət məhsulları, habelə digər tez xarab olan riskli məhsulların saxlanılması üçün lazımi sayda soyuducu və dondurucu avadanlıqların mövcud olmaması, qida ilə təmasda olan səthlərin, xüsusilə piştaxtaların asan təmizlənən və korroziyaya davamlı materialdan hazırlanmaması kimi nöqsanlar müəyyən edilib.
Nəzarət tədbirləri zamanı həmçinin qida məhsullarının satışı ilə məşğul olan şəxslərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, şəxsi gigiyena qaydalarına riayət etmədiyi və sanitar geyimlə təmin olunmadığı, habelə heyvan mənşəli məhsulların müvafiq müşayiətedici sənədlərinin və məhsulların izlənilməsini təmin edən etiket məlumatlarının olmadığı aşkarlanıb.
Nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə bazar rəhbərlərinə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, nöqsanlar mövcud olan ərzaq bazarlarının fəaliyyətinin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, mövcud uyğunsuzluqların aradan qaldırılması və potensial risklərin qarşısının alınması məqsədilə zəruri sağlamlaşdırma və təkmilləşdirmə tədbirlərinin görülməsi vacibdir. Agentlik tərəfindən bu istiqamətdə bazar subyektlərinə müvafiq metodiki dəstəyin göstərilməsi davam etdiriləcək.
Növbəti mərhələdə həyata keçiriləcək nəzarət tədbirləri zamanı qida təhlükəsizliyi tələblərinə cavab verməyən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan, habelə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyən bazar subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcəkdir.
Daha ətraflı:
Oxşar xəbərlər
Kritik Nəzarət Nöqtəsi (CCP) nədir?
Qida təhlükəsizliyi sistemində Kritik Nəzarət Nöqtəsi (CCP) məhsulun təhlükəsizliyini təmin edən ən vacib mərhələlərdən biridir. CCP – qida istehsalı prosesində təhlükənin qarşısının alındığı, aradan qaldırıldığı və ya qəbul edilə bilən səviyyəyə endirildiyi kritik nəzarət nöqtəsidir. Təhlükənin effektiv idarə olunması Məhsulun təhlükəsizliyinin təmin edilməsi İstehlakçı sağlamlığının qorunması Bu mərhələdə düzgün nəzarət aparılmazsa, məhsul insan sağlamlığı üçün risk yarada bilər və sonradan bu riski aradan qaldırmaq çox çətin olar. HACCP sisteminin əsas məqsədi bütün prosesi deyil, məhz ən riskli və kritik nöqtələri nəzarətdə saxlamaqdır.
"Piano Hall" şadlıq evində nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
Qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Zeynalov Şöhrət Ağakərim oğluna məxsus təndirxanada plandankənar yoxlama keçirib. Baxış zamanı qida obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş