AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
17 Fevral 2021 15:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 16 fevral 2021-ci il tarixində ölkə üzrə 492 ictimai iaşə obyektində 776 monitorinq keçirilib. Monitorinqlər zamanı bəzi müəssisələrdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
- Bakı şəhəri, Yasamal rayonu, M. Rahim 4A ünvanında yerləşən, fiziki şəxs Şərifov Emil Mübariz oğluna məxsus kafe;
- Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospektində yerləşən, fiziki şəxs Zeynallı Fuad Teymur oğluna məxsus kafe;
- Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev ev 25 ünvanında yerləşən, fiziki şəxs Abdulla Həsənov Eyvaz Oğluna məxsus “Olimp Pub” restoranı;
- Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs., Emil Quliyev 42C ünvanında yerləşən, fiziki şəxs Abbasov Hafiz Tofiq oğluna məxsus restoran;
- Bakı şəhəri, Səbail rayonu, Xəqani ev 10 ünvanında yerləşən, fiziki şəxs Əsədov Şəmistan Əliheydər oğluna məxsus restoran;
- Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi ev 29 ünvanında yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus restoran;
- Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., ev 89 ünvanında yerləşən, fiziki şəxs Feyziyeva Tünzalə Əvəz qızına məxsus çay evi;
- Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu ev.12. mər.1 ünvanında yerləşən, fiziki şəxs Rəna İbrahimovaya məxsus çay evi;
- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəs., Xanlar Ələkbərov küçəsində yerləşən, fiziki şəxs Hüseynov Faiq Rəhman oğluna məxsus kafe;
- Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 137 ünvanında yerləşən, fiziki şəxsə məxsus “Ləzzət” restoranı;
- Bakı şəhəri, Sabunçu rayonu, Xavər Əliyev, ev 65 ünvanında yerləşən, fiziki şəxs Həsənov Mətləb Şirzad oğluna məxsus kafe;
- Bakı şəhəri, Nəsimi rayonu, S. Rəhimov, ev 195 ünvanında yerləşən, fiziki şəxs Zeynalov Aydına məxsus kafe;
- Bakı şəhəri, Nəsimi rayonu, Fizuli 77 ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Asifə məxsus çay evi;
- Bakı şəhəri, Nəsimi rayonu, Fizuli 73 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyeva Səminəyə məxsus kafe;
- Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus pub;
- Bakı şəhəri, Binəqədi rayonu, F. Məlikov 1K/Q/ Yaşayış sahəsi ünvanında yerləşən, fiziki şəxsə məxsus “Antrikot” kafesi;
- Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov, ev 15/1 ünvanında yerləşən, fiziki şəxsə məxsus “Pub 008” pub;
- Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən, “Ay” mehmanxanasında fəaliyyət göstərən fiziki şəxs Səfərov Elşən Yaqneli oğluna məxsus kafe;
- Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Hacıyev Fuad Ağalar oğluna məxsus kafe;
- Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən, fiziki şəxs Feyzullayev Tofiq Feyzulla oğluna məxsus kafe;
- Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Muradov Şaiq Murad oğluna məxsus kafe;
- Balakən rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Ocaqverdiyev Fəyyaz Zumrat oğluna məxsus kafe;
- Balakən rayonu, Katex ünvanında yerləşən, fiziki şəxs Osmanov Ruslan Nəcəf oğluna məxsus kafe;
- Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Əliyev Babək Vələhəd oğluna məxsus yeməkxana;
- Lənkəran şəhəri, Digah yolunda yerləşən, fiziki şəxs Rəcəbov Qurban Malik oğluna məxsus çay evi;
- Masallı rayonu, Mollahəsənli kəndində yerləşən, fiziki şəxs Əsgərov Tahir Əsgər oğluna məxsus “İpək yolu” restoranı;
- Masallı rayonu, H. Əliyev parkında yerləşən, fiziki şəxs Xudaverdiyev Şahin Xəlil oğluna məxsus kafe;
- Cəlilabad rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Ağazadə Əkbər Aslan oğluna məxsus kafe;
- Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Zabil Fikrət oğluna məxsus yeməkxana;
- Göygöl rayonu, Zurnabad kəndində yerləşən, fiziki şəxs Hüseynov Azər Əsgər oğluna məxsus kafe;
- Göygöl rayonu, Zurnabad kəndində yerləşən, fiziki şəxs Tarverdiyev Sənan Vüqar oğluna məxsus yeməkxana;
- Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, fiziki şəxs Məmmədhəsənov Elçin Fariz oğluna məxsus kafe;
- Neftçala rayonu, Şorkənd kəndində yerləşən, fiziki şəxs Nəzərov İlqar Feyzi oğluna məxsus kafe;
- Salyan rayonu, Bakı-Astara şosesində yerləşən, fiziki şəxs Axundov Nurlan Əlxeybər oğluna məxsus "Köhnə Bərə" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Giriş