AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
2 Mart 2021 15:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 1 mart 2021-ci il tarixində ölkə üzrə 381 ictimai iaşə obyektində 671 monitorinq keçirilib. Monitorinqlər zamanı 26 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov 9 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus “Taksim Kebab” restoranı;
2. Bakı şəhəri, Xətai rayonu, Neapol Dairəsində yerləşən, hüquqi şəxs Brilliance MMC-yə məxsus “Qəsr” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova 63 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Elsevər Telman oğluna məxsus “Xəlifə” çay evi;
4. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən, fiziki şəxs Cəfərov Vüqar Eldar oğluna məxsus “Dönər” evi;
5. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun savxozu ünvanında yerləşən, fiziki şəxs Fərhadov Ramin Xeyrulla oğluna məxsus kafe;
6. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev. 58 ünvanında yerləşən, fiziki şəxs Kazımov Anar Fəxrəddin oğluna məxsus “Mozzarella” restoranı;
7. Bakı şəhəri, Nizami rayonu, Mikayıl. Ə 42 ünvanında yerləşən, fiziki şəxs Abdullazadə Ramil Məmmədağa oğluna məxsus “Neon” restoranı;
8. Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 51 ünvanında yerləşən, fiziki şəxs Yusifov Fuad Faiq oğluna məxsus kafe;
9. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən, fiziki şəxs Muradov Qabil Murad oğluna məxsus kafe;
10. Bakı şəhəri, Xəzər rayonu, Qala qəs., Xaşaxuna bağ massivi ünvanında yerləşən, fiziki şəxs Qəmbərzadə Elgün Əli oğluna məxsus kafe;
11. Bakı şəhəri, Xətai rayonu, G. Şıxlinski, ev 289 ünvanında yerləşən, fiziki şəxs Yunusov Elşən Mahmud oğluna məxsus çayxana;
12. Bakı şəhəri, Xətai rayonu, Vungtau küç., ev.265 ünvanında yerləşən, fiziki şəxs Hümbətov Mübariz Mehdi oğluna məxsus kafe;
13. Kürdəmir rayonu, Qağacılı kəndində yerləşən, fiziki şəxs Səfərov Anar Mütəllim oğluna məxsus kafe;
14. Göyçay rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əhmədov Rahim Qəzənfər oğluna məxsus kafe;
15. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Şirinov Pərviz Məhərrəm oğluna məxsus kafe;
16. İsmayıllı rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əhmədli Sənan Kəblağa oğluna məxsus kafe;
17. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Məmmədov Mübariz Yaqub oğluna məxsus kafe;
18. Sumqayıt şəhəri, H. Əliyev prospekti, 17-ci məhəllədə yerləşən, fiziki şəxs Cəfərov Səbuhi Fəxrəddin oğluna məxsus "Metro" kafesi;
19. Zaqatala rayonu, Muxax kəndində yerləşən, fiziki şəxs Muradov Natiq Kamran oğluna məxsus kafe;
20. Hacıqabul rayonu, Qızılburun kəndində yerləşən, fiziki şəxs Eyvazov Sarvan Nizam oğluna məxsus yeməkxana;
21. Salyan rayonu, X. R. Ulutürk küçəsində yerləşən, fiziki şəxs Kazımzadə Nicat Natiq oğluna məxsus "RS" kafesi;
22. Şəmkir rayonu, Elşən Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Əmiraslanov Rövşən Telman oğluna məxsus dönər evi;
23. Gəncə şəhəri, Əhməd Cəmil küçəsində yerləşən, fiziki şəxs Həsənov Elsevər Tapdıq oğluna məxsus kafe;
24. İmişli rayonu, Rəsularx kanalının sol tərəfində yerləşən, fiziki şəxs İsmayılov Əflatun Qadir oğluna məxsus "İldırım" restoranı;
25. Yevlax şəhəri, Qarxun kəndində yerləşən, fiziki şəxs İsmayılov Mustafa Zeynal oğluna məxsus kafe;
26. Yevlax şəhəri, Yuxarı Qarxun kəndində yerləşən, fiziki şəxs Sarıyeva Tamilə Əyyub oğluna məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş