AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
25 Mart 2021 17:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 24 mart 2021-ci il tarixində ölkə üzrə 481 ictimai iaşə obyektində 817 monitorinq keçirilib. Monitorinqlər zamanı 26 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi 7B ünvanında yerləşən, fiziki şəxs Həsənov Mənsur Fazil oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən, fiziki şəxs Qurbanov Şıxsəid Qurban oğluna məxsus “Ay Qonşu” restoranı;
3. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən, fiziki şəxs Salmanlı Elnur Nəriman oğluna məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən, fiziki şəxs Əhmədov Fəxri Nizami oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə. İsazadə küçəsində yerləşən, fiziki şəxs Cabbarov Cəsarət Əlipaşa oğluna məxsus kafe;
6. Bakı şəhəri, Sabunçu rayonu, Fətəliyev küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Yaqubov Bəxtiyar Vəli oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1, bina 3-cü giriş, 1-ci mərtəbədə yerləşən, fiziki şəxs Pənahova Şəlalə Tofiq qızına məxsus kafe;
8. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, fiziki şəxs Ağamirov İsmayıl Ağaəli oğluna məxsus kafe;
9. Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rasim Vaqif oğluna məxsus “Trattoriya L'Oliva” restoranı;
10. Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi 60 ünvanında yerləşən, fiziki şəxs Bağırov Firidun Şakir oğluna məxsus “L'amande Restaurant & Lounge” restoranı;
11. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 535-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Bağırov Elxan Gülağa oğluna məxsus "Kayot" kafesi;
12. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 15/17 ünvanında yerləşən, fiziki şəxs İsmayılzadə Saleh Şahlar oğluna məxsus "Prospekt" kafesi;
13. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 11/13 ünvanında yerləşən, fiziki şəxs Babayev Emin Yusif oğluna məxsus "Vulcano" çay evi;
14. Bakı şəhəri, Binəqədi rayonu, Cəlal küçəsi, ev 63 ünvanında yerləşən, fiziki şəxs Nəsirov Ziyad Mübariz oğluna məxsus kafe;
15. Bakı şəhəri, Binəqədi rayonu, Cəlal küçəsi ev 63M ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Zahid oğluna məxsus kafe;
16. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A. Məmmədov küçəsi, ev 83-ün yanında yerləşən, fiziki şəxs Mustafayev Samir Mais oğluna məxsus kafe;
17. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Zaur Zahid oğluna məxsus kafe;
18. Sumqayıt şəhəri, 40-cı məhəllə, Buta T/M ünvanında yerləşən, fiziki şəxs İmamverdiyev Mirzəyar Ağayar oğluna məxsus "Likteol" çay evi;
19. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyeva Almas Yusif qızına məxsus "Pitstop" çay evi;
20. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Fərhad Məmmədov Mikayil oğluna məxsus “Theatro Boutique” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
21. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən, fiziki şəxs Hüseynov Anar Aslan oğluna məxsus yeməkxana;
22. Hacıqabul rayonu, Pirsaat kəndində yerləşən, fiziki şəxs Seyidov Orxan Azad oğluna məxsus kafe;
23. İmişli rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayev Qubad Zahir oğluna məxsus çay evi;
24. İmişli rayonu, N. Savalanov küçəsində yerləşən, fiziki şəxs İbadov Əlhəm Rahim oğluna məxsus kafe;
25. İmişli rayonu, N. Savalanov küçəsində yerləşən, fiziki şəxs İbişov Ramin Famil oğluna məxsus kafe;
26. Göyçay rayonu, Heydər Əliyev prospekti 207A ünvanında yerləşən, fiziki şəxs Baxışova Aytəkin Asif qızına məxsus yeməkxana.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.