AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
26 Mart 2021 12:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 25 mart 2021-ci il tarixində ölkə üzrə 425 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi ev 14 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Mehti Kamaloviçə məxsus “Firuzə” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 1054 ünvanında yerləşən, fiziki şəxs Həmzəyev Məmməd Həmzə oğluna məxsus "IST FOOD" restoranı
3. Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Hüseyn Mirsuca oğluna məxsus “Ağ şəhər" kafesi;
4. Bakı şəhəri, Səbail Rayonu, N. Rəfibəyli küçəsi 37 ünvanında yerləşən, hüquqi şəxs “Madoer” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mado” kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Qələmov Şamxal Musa oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, 1-ci mərtəbə, qeyri-yaşayış sahəsində yerləşən, fiziki şəxs Orucov Rafiq Məmməd oğluna məxsus “Əncir” restoranı;
7. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanında yerləşən, hüquqi şəxs "TB PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
8. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Natiq Əhməd Cavanşir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 8A ünvanında yerləşən, fiziki şəxs Mikayılov Dövlət Məmməd oğluna məxsus “Elit” restoranı;
10. Bakı şəhəri, Suraxanı rayonu, 14 iyul küçəsində yerləşən, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus dönər evi;
11. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, İlqar Əhlimanov küçəsi (Hövsan qəs.), ev 13B ünvanda yerləşən, fiziki şəxs Məmməd Əsədov Əli oğluna məxsus “Tumurcuq” kafesi;
12. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mürvətli Şəhriyar Paşa oğluna məxsus "Ülkər Lahmacun" kafesi;
13. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 9 ünvanında yerləşən, fiziki şəxs Quliyev İlham Firudin Oğluna məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;
14. Salyan rayonu, Salyan şəhəri, A. Ağabəyov küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs Ağayev Samir Əlifağa oğluna məxsus yeməkxana;
15. Şəmkir rayonu, Elşən Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Vəliyev Azad İsa oğluna məxsus kafe;
16. Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində yerləşən, fiziki şəxs Abdurəhmanov Polad Xudaverdi oğluna məxsus "Görüş" kafesi;
17. Gəncə şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əsədi Vüqar Rafiq oğluna məxsus "Ləzzət" çayxanası;
18. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən, fiziki şəxs Atayev Əli Hümbət oğluna məxsus kafe;
19. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Mirzəliyev Ceyhun Məmmədəli oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar aşkarlanıb
Mediada yayımlanan məlumatlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Qulu Salman oğluna məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçirib. Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən edilib. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib. Qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.
İmişlidə antisanitar şəraitdə fəaliyyət göstərən çörək emalı müəssisəsi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Məhərrəmov Kamil Vırıcıxan oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyib və digər tələblər pozulub. Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
“Dağlılar Balıq” restoranında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları, ev 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus “Dağlılar Balıq” ictimai iaşə müəssisəsində yoxlama keçirib. Baxış zamanı obyektdə balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Eyni zamanda sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır və digər nöqsanlar müəyyən edilib. Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb.
Giriş