AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
16 Aprel 2021 17:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 15 aprel 2021-ci il tarixində ölkə üzrə 445 ictimai iaşə obyektində 749 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov 28 ünvanında yerləşən, fiziki şəxs Mehdizadə Mətin Şərlət oğluna məxsus restoran;
2. Bakı şəhəri, Xətai rayonu, Keçid 823, ev 2A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Nəbi Ramiz oğluna məxsus kafe;
3. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli D massivində yerləşən, fiziki şəxs Hacıyev Ziyadxan Dünyaməddin oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küç., ev 2404 ünvanında yerləşən, fiziki şəxs Bayramov Ülvi Ülfət oğluna məxsus restoran;
5. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə Sarayevo küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
6. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küç., ev 64/68 ünvanında yerləşən, fiziki şəxs Mirzəzadə Məsum Fikrət oğluna məxsus pub;
7. Bakı şəhəri, Yasamal rayonu, M. Muxtarov 179 ünvanında yerləşən, fiziki şəxs Cəbizadə Emin Azad oğluna məxsus kafe;
8. Bakı şəhəri, Sabunçu rayonu, M. Fətəliyev 72 ünvanında yerləşən, fiziki şəxs Fərəcov İlkin İmran oğluna məxsus çay evi;
9. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küç., ev 74c ünvanında yerləşən, hüquqi şəxs "Rea Group "MMC-yə məxsus "Chaila" restoranı;
10. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küç., ev 79 ünvanında yerləşən, fiziki şəxs Mədinəyev Elnur Ziyəddin oğluna məxsus "Başkent" restoranı;
11. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə küç., ev 26 f.m ünvanında yerləşən, fiziki şəxs Rasulov Şahin Nadir oğluna məxsus kafe;
12. Bakı şəhəri, Xəzər rayonu, Zığ şosesi, 22-ci km yaxınlığında yerləşən, hüquqi şəxs "Xəyal Adası" MMC-yə məxsus "Dreamland Golf Club" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
13. Abşeron rayonu, Bakı-Sumqayıt yolunda yerləşən, fiziki şəxs Rüstəmov Şahmar İsmayıl oğluna məxsus "Nizami" kafesi;
14. İsmayıllı rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Tapdıqov Bayram Bahadur oğluna məxsus kafe;
15. Yevlax şəhəri, Cırdaxan kəndində yerləşən, fiziki şəxs Kərimov Həsən Ramiz oğluna məxsus kafe;
16. Yevlax şəhəri, Gülövşə kəndində yerləşən, fiziki şəxs Ağasıyev Araz Elbrus oğluna məxsus kafe;
17. Sabirabad rayonu, Minbaşı kəndində yerləşən, fiziki şəxs Mahmudov Pirverdi Nurəhməd oğluna məxsus kafe;
18. Samux rayonu, Tatlı kəndində yerləşən, fiziki şəxs Məmmədov Coşqun Şubay oğluna məxsus kafe;
19. Şəmkir rayonu, Əhməd Cavad küçəsində yerləşən, fiziki şəxs Hüseynov Leysan İlqar oğluna məxsus dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.