AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
20 Aprel 2021 16:35
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 19 aprel 2021-ci il tarixində ölkə üzrə 456 ictimai iaşə obyektində 1150 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Gənclik-Bünyatzadə kəsişməsində yerləşən, fiziki şəxs Ağayev Ceyhun Eldar oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 2211 məhəlləsində yerləşən, fiziki şəxs Abdullayev Ələsgər Bayram oğluna məxsus "Qəbələ" restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 23 ünvanında yerləşən, fiziki şəxs Bağırov Kamil Mehdi oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 37 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Mehman oğluna məxsus kafe;
5. Bakı şəhəri, N. Nərimanov rayonu, Neymətulla küçəsi, ev 37 ünvanında yerləşən, fiziki şəxs Kərimli Ağaisa Kərim oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 33 ünvanında yerləşən, hüquqi şəxs Kraun MMC-yə məxsus restoran;
7. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 566 ünvanında yerləşən, fiziki şəxs Baxışov Cəmaləddin Baxış oğluna məxsus "Chaikhor" restoranı;
8. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, fiziki şəxs Abdullayev Pərvin Mirsəlim oğluna məxsus restoran;
9. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Cəlal Rəsul oğluna məxsus "Ləziz" dönər evi;
10. Sumqayıt şəhəri, 5-ci mikrarayonda yerləşən, fiziki şəxs Rəhimov Röyal Şəmil oğluna məxsus "Fidan" kafesi;
11. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Babayev Əvəz Sulduz oğluna məxsus "Amazon" kafesi;
12. Kürdəmir rayonu, Atakişili ünvanında yerləşən, fiziki şəxs Bayramov Asim Rasim oğluna məxsus kafe;
13. Gəncə şəhəri, Atatürk prospekti 254 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elşən Abbasəli oğluna məxsus kafe;
14. Balakən rayonu, Katex kəndində yerləşən, fiziki şəxs Mollaçiyev Nizami Nuzamiddin oğluna məxsus kafe;
15. Masallı şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mehran Rəhimli Əhmədağa oğluna məxsus "Masallı" hotelin tərkibində fəaliyyət göstərən kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb-VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Cəfərov Rövşən Cəfərbala oğluna məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib. Belə ki, sexin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb. Daha ətraflı:
Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb
Lənkəranda sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərən qida obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. M.Mustafaxan küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Bağırov Xaqani Əlimirzə oğluna məxsus kafedə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin “Ruskiy Dozor”, “Magnat” əmtəə nişanlı mənşəyi məlum olmayan alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş