AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
22 Aprel 2021 17:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 21 aprel 2021-ci il tarixində ölkə üzrə 458 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Monitorinqlər zamanı 34 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küç., ev 26, m. 7 ünvanında yerləşən, fiziki şəxs Hətəmzadə Xanmurad Əhməd oğluna məxsus "Köz Künəfə" restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3097 ünvanında yerləşən, fiziki şəxs Mahmudova Gülsavad Ülfət qızına məxsus "Sürhüllü" kafesi;
3. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 8B ünvanında yerləşən, fiziki şəxs Abıyev Ceyhun Zakir oğluna məxsus "Star" restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 20 ünvanında yerləşən, fiziki şəxs Əsədov Təşkilat Rəhim oğluna məxsus restoran;
5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Qaradağ qəsəbəsində yerləşən, fiziki şəxs Həsənov Adil İbrahim oğluna məxsus "Xəzri" restoranı;
6. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, M. Seyidov küçəsində yerləşən, fiziki şəxs Hüseynov Eyyub Hüseyn oğluna məxsus "Kiyev Pub" kafesi;
7. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, M. Seyidov küçəsində yerləşən, fiziki şəxs Bədəlov Lütvi İkram oğluna məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov küç., ev 207 ünvanında yerləşən, fiziki şəxs Paşayeva Sevinc Paşa qızına məxsus "Təndir Kabab" restoranı;
9. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, fiziki şəxs Vəliyev Rüfət Mehman oğluna məxsus kafe;
10. Bakı şəhəri, Xətai rayonu, N. Rəfiyev küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Nəcməddin Sabir oğluna məxsus "Qala" kafesi;
11. Bakı şəhəri, Yasamal rayonu, Həsən Zərdabi küçəsində yerləşən, fiziki şəxs Seyidli Osman Mirdamət oğluna məxsus "Cake & Bake" restoranı;
12. Bakı şəhəri, Yasamal rayonu, Əbdulvahab Salamzadə 104 ünvanında yerləşən, fiziki şəxs Həsənov İlkin Telman oğluna məxsus kafe;
13. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 53 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Tale Əmrəddin oğluna məxsus kafe;
14. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində yerləşən, fiziki şəxs Məmmədzadə Şəhriyar Seyidməmməd oğluna məxsus dönərxana;
15. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi 7C ünvanında yerləşən, fiziki şəxs İsayev Cavad İldırım oğluna məxsus "Secrets Pub" restoranı;
16. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Quliyev Rauf Kitay oğluna məxsus "Adana" restoranı;
17. Bakı şəhəri, Binəqədi rayonu, Davudoğlu 3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Dəyanət Muğdat oğluna məxsus kafe;
18. Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küç., ev 205 ünvanında yerləşən, fiziki şəxs Bilallı Rafiq Nuru oğluna məxsus "Xaniman" kafesi;
19. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov 12 ünvanında yerləşən, hüquqi şəxs "A.S.A Food and Catering Co" MMC-yə məxsus "Namaste" restoranı;
20. Bakı şəhəri, Nəsimi rayonu, Ə. Quliyev küç., ev 133, m. 23 ünvanında yerləşən, fiziki şəxs Rəfail Əliyev Fərhad oğluna məxsus "2/5 mərtəbə" kafesi;
21. Bakı şəhəri, Nizami rayonu, R. Aslanov küç., ev 115, m. 8/9 ünvanında yerləşən, fiziki şəxs İskəndərov Nail Vüsal oğluna məxsus "New Castle" pub;
22. Bakı şəhəri, Nizami rayonu, Ə. Vəliyev 11a ünvanında yerləşən, fiziki şəxs Cəbiyev Əlövsət Asət oğluna məxsus "Abba" pub;
23. Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Həsənova Nuranə Firdovsi qızına məxsus kafe;
24. Masallı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hacızadə Murad Məmmədhüseyn oğluna məxsus Əriştə restoranı;
25. Cəlilabad rayonu, Göytəpə ünvanında yerləşən, fiziki şəxs Bəylərov Fikrət Məlik oğluna məxsus kafe;
26. Qazax rayonu, Ağköynək ünvanında yerləşən, fiziki şəxs İsmayılov Sərxan İlham oğluna məxsus kafe;
27. Şamaxı rayonu, Şəhriyar küçəsində yerləşən, fiziki şəxs Əlicanov İnqilab Ağalar oğluna məxsus kafe;
28. Yevlax şəhəri, Aran qəsəbəsində yerləşən, fiziki şəxs Sadıqov Ruslan Şirin oğluna məxsus "Ruslan" kafesi;
29. Mingəçevir şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyev Elxan Şamil oğluna məxsus "Hollywood" bar;
30. Gəncə şəhəri, Həsən Əliyev 84/b ünvanında yerləşən, fiziki şəxs Əliyev Elxan Nadir oğluna məxsus çay evi;
31. Gəncə şəhəri, Ayna Sultanova küçəsində yerləşən, fiziki şəxs Mikaylov Elxan Nürəddin oğluna məxsus çay evi;
32. Quba rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Rzayev Ədalət Qulu oğluna məxsus kafe;
33. Quba rayonu, 22-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Yarəliyev Zeynal Yarəli oğluna məxsus kafe;
34. Qax rayonu, V. Eyvazov küçəsində yerləşən, fiziki şəxs Hüseyinov Rövşən Mahmud oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.