AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
24 Aprel 2021 15:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 23 aprel 2021-ci il tarixində ölkə üzrə 477 ictimai iaşə obyektində 794 monitorinq keçirilib. Monitorinqlər zamanı 26 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən, fiziki şəxs Əliyeva Marina Vladimirovna qızına məxsus restoran;
2. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi 9\12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus kafe;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi döngə 5 ünvanında yerləşən, fiziki şəxs Babayev Həsən Yaqub oğluna məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 3248 ünvanında yerləşən fiziki şəxs Kərimli Kənan Əzim oğluna məxsus kafe;
5. Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Amiranoviç Əli İbrahimoğlu oğluna məxsus “Toto Pizza & Chips” restoranı;
6. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsində yerləşən, fiziki şəxs Ağayev Abil Əliş oğluna məxsus dönər evi;
7. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhana məxsus kafe;
8. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 18 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
9. Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 14-cü kilometrliyində yerləşən, fiziki şəxs Əbilova Gültəkin Qulu qızına məxsus "Dəniz" kafesi;
10. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Yunis Sərdar oğluna məxsus kafe;
11. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 36A ünvanında yerləşən, fiziki şəxs Əskərli Toğrul Hikmət oğluna məxsus çayxana;
12. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsi, ev 1A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus restoran;
13. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3067 ünvanında yerləşən, fiziki şəxs Əliyev Kənan Eldar oğluna məxsus dönər evi;
14. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyeva Fidan Faiq qızına məxsus restoran;
15. Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 109 ünvanında yerləşən, fiziki şəxs Səfərov Vəliyəddin Xasay oğluna məxsus kafe;
16. Oğuz rayonu, Kərimli kəndində yerləşən, fiziki şəxs Yusifov Samir Oktay oğluna məxsus kafe;
17. Şabran rayonunda yerləşən, fiziki şəxs Səddərov Hacıməmməd Eyyub oğluna məxsus kafe;
18. Quba rayonu, 22-ci məhəllədə yerləşən, fiziki şəxs Xəlilov Toğrul Ağalar oğluna məxsus dönər evi;
19. Salyan rayonu, Boranı kəndində yerləşən, fiziki şəxs Əliyev Səxavət Tofiq oğluna məxsus kafe;
20. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Rüstəmli Şaiq Lazər oğluna məxsus kafe;
21. Ucar rayonu, Koroğlu küçəsində yerləşən, fiziki şəxs Nəsirli Nihad Mehman oğluna məxsus dönər evi;
22. Şamaxı rayonu, Şəhriyar küçəsində yerləşən, fiziki şəxs Xəlilov Müşfiq Mehrab oğluna məxsus kafe;
23. Gəncə şəhəri, Şah İsmayıl Xətai küçəsi 50 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fərhad Fərid oğluna məxsus kafe;
24. Gəncə şəhəri, M. Abbas Abbaszadə küçəsində yerləşən, fiziki şəxs Qurbanov Elvin Bayram oğluna məxsus kafe;
25. Qazax rayonu, Azadlıq prospektində yerləşən, fiziki şəxs İsayev Elvin İlham oğluna məxsus kafe;
26. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, fiziki şəxs Babayev Xeyrulla Fətulla oğluna məxsus "Vüsal" kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.