AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
25 Aprel 2021 18:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 24 aprel 2021-ci il tarixində ölkə üzrə 437 ictimai iaşə obyektində 731 monitorinq keçirilib. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 48 ünvanında yerləşən, hüquqi şəxs "T.A.Q.F.İ." Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Qızıl gül” restoranı;
2. Bakı şəhəri,Yasamal rayonu, Seyidov küçəsi, ev 29-34 ünvanında yerləşən, fiziki şəxs Kara İlhana məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən, fiziki şəxs Mehtiyev Yaşar Fehruz oğluna məxsus “Qoç Ət” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Xoyski küçəsində yerləşən, hüquqi şəxs "SUSHİ BAKU" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Sushi Baku” restoranı;
5. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77 ünvanında yerləşən, hüquqi şəxs "RENT CENTER" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 27, mənzil 5 ünvanında yerləşən, hüquqi şəxs "Central Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
7. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 5 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Rəşad Akif oğluna məxsus “Xan qızı” restoranı;
8. Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yerləşən, fiziki şəxs Abdullayev Kamil Aydın oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Mərdanov Qardaşlarev134 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elvin Elşad oğluna məxsus “Niaqara”restoranı;
10. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Çəmənzəminli küçəsində yerləşən, fiziki şəxs Həmidli Həmid Zabil oğluna məxsus “Beer Majlis” kafesi;
11. Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 11 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Yusif Zakir oğluna məxsus kafe;
12. Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 158 ünvanında yerləşən, fiziki şəxs Zalov Fərid Ramiz oğluna məxsus kafe;
13. Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 147b ünvanında yerləşən, fiziki şəxs Cəfərova Nəzakət Rüstəm qızına məxsus kafe;
14. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 52 ünvanında yerləşən, fiziki şəxs Yusifov Hidayət Məhərrəm oğlu kafe;
15. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2 ünvanında yerləşən, fiziki şəxs Əliyev Talıb Rəfail oğluna məxsus kafe;
16. Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus kafe;
17. Bakı şəhəri, Xətai rayonu, Bayramov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Əsgərov Qoşqar Vidadi oğluna məxsus “Tamlı” kafesi;
18. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Əsəd Məhərrəm oğluna məxsus “V9 Karaoke Lounge” restoranı;
19. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26, mənzil 82 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Hikmət Nazim oğlu kafe;
20. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 61 ünvanında yerləşən, fiziki şəxs Əliyev Fariz Adil oğluna məxsus çay evi;
21. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 171 ünvanında yerləşən, fiziki şəxs Bəxtiyarov Yalçın Bəxtiyar oğluna məxsus kafe;
22. Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 1A ünvanında yerləşən, hüquqi şəxs "Azinko Development" MMC-nin "Alov Qüllələri Fairmont Otel Bakı" filialında fəaliyyət göstərən mehmanxananın tərkibində yerləşən restoran;
23. Quba rayonu, Yusif Qasımov küçəsində yerləşən, fiziki şəxs Muradov Samir Əli oğluna məxsus kafe;
24. Gəncə şəhəri, Tofiq Bağırov küçəsində yerləşən, fiziki şəxs Zeynalova Əsmayə Mehdi qızına məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş