AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
27 Aprel 2021 17:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 26 aprel 2021-ci il tarixində ölkə üzrə 457 ictimai iaşə obyektində 800 monitorinq keçirilib. Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Z. Tağıyev küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Sabutay Səbuhi oğluna məxsus “Metadore” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən, fiziki şəxs Səfərəliyev Anar Rövşən oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov 5A ünvanında yerləşən, fiziki şəxs Aydınzadə Qulam Etibar oğluna məxsus “Boranı” restoranı;
4. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən, fiziki şəxs Əhmədov Sərxan Qərib oğluna məxsus restoran;
5. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən, fiziki şəxs Abasov Asim Akif oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolostoy küç., ev 156 ünvanında yerləşən, hüquqi şəxs “Simit Sarayı İce Pack” MMC-yə məxsus kafe;
7. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 172C ünvanında yerləşən, fiziki şəxs Fətullayev Şamo Mübariz oğluna məxsus restoran;
8. Bakı şəhəri, Səbail rayonu, Əliyeva küç., ev 12 ünvanında yerləşən, hüquqi şəxs "ELLLIS CATERING" MMC-yə məxsus restoran;
9. Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, ev 66C ünvanında yerləşən, fiziki şəxs Rzayev Samid Ramiz oğluna məxsus pub;
10. Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44 ünvanında yerləşən, fiziki şəxs Rəfiyev Natiq Cəlil oğluna məxsus “Şəki” kafesi;
11. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küç., ev 54B ünvanında yerləşən, fiziki şəxs Qaşımov Sərxan Aslan oğluna məxsus kafe;
12. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., ev 21 ünvanında yerləşən, hüquqi şəxs “Black Star Burger Baku" MMC-yə məxsus kafe;
13. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 41 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Mahir Dəyanət oğluna məxsus restoran;
14. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 23, 1-ci mərtəbə, qapı 1 ünvanında yerləşən, fiziki şəxs Bağırov Kamil Mehti oğluna məxsus “Crazzy Bear”;
15. Bakı şəhəri, Xətai rayonu, Hadi ünvanında yerləşən, hüquqi şəxs "Sema-Zen" MMC-yə məxsus kafe;
16. Bakı şəhəri, Xətai rayonu, Cəlilov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs Süleymanov İntiqam Muxtar oğluna məxsus “Apartment 9” kafesi;
17. Bakı şəhəri, Xətai rayonu, Afyətddin Cəlilov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Fərəcov Orxan Qibləli oğluna məxsus dönər evi;
18. Bakı şəhəri, Nizami rayonu, Gəncəvi küç., ev 26 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus “Wall street” restoranı;
19. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küç., ev 1b ünvanında yerləşən, fiziki şəxs Pənahova Şəlalə Tofiq qızına məxsus kafe;
20.Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., Vağzal küçəsi 1, ev 38C ünvanında yerləşən, fiziki şəxs Rəhimov Ramil Dilman oğluna məxsus “Kafe–Elit”;
21.Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, fiziki şəxs Məmmədov Toğrul Tofiq oğluna məxsus "Toğrulun dönəri" dönər evi;
22.Masallı rayonu, H. Əliyev prospekti ünvanında yerləşən, fiziki şəxs Nəsirov Tural Füzuli oğluna məxsus dönər evi;
23.Şəmkir rayonu, 20 yanvar küçəsində yerləşən, fiziki şəxs Babayev Nadir Nazim oğluna məxsus kafe;
24.Goranboy rayonu,16-cı kvartal ünvanında yerləşən, fiziki şəxs Salayev Əhməd Gülöğlan oğluna məxsus restoran;
25.Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən, fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
“Gəncə Təndiri"ndə keçirilən yoxlama zamanı nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən “Gəncə Təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb. Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasından idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyaları məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub. Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkar edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib. Eyni zamanda Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 ml həcmli içkilərdən (20.07.2025 - 20.07.2027-ci il istehsal və son istifadə tarixli) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib. Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib. Məlumat üçün bildiririk ki,qeyd olunan kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər.
Cəlilabadda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblər pozulub
Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş prospektində yerləşən çayxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, ictimai iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Giriş