AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
6 May 2021 17:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 5-də ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1.Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Hamlet Məhərrəm oğluna məxsus kafe;
2. Bakı şəhəri, Suraxanı rayonu, Zaur Şərifov küçəsində yerləşən, fiziki şəxs Yadigarov Pərviz Rahim oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küç., ev 4A ünvanında yerləşən, fiziki şəxs Şərifov Emil Mübariz oğluna məxsus “Portofino” restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu, Məmmədxan küç., ev 92 ünvanında yerləşən, fiziki şəxs Xudaverdiyev Nizami Məhəddin oğluna məxsus çay evi;
5. Bakı şəhəri, Binəqədi rayonu, İ. Cümşüdov küç., 6 mkr, ev 3248 ünvanında yerləşən, fiziki şəxs Kərimli Kənan Əzim oğluna məxsus kafe;
6. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən, fiziki şəxs Mehdiyev Ceyhun Seyran oğluna məxsus “Elbaro” kafesi;
7. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən, fiziki şəxs Lətifov Vasif Məhərrəm oğluna məxsus “Ocaq” dönər evi;
8. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən, fiziki şəxs Cəfərov Elşən Elad oğluna məxsus kafe;
9. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, fiziki şəxs Cəbrayılov Zəfər Qəzənfər oğluna məxsus “Azər türk” kafesi;
10. Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Həmzə Babaşov küçəsi 17E ünvanında yerləşən, fiziki şəxs Bağırov Elnur Ağasi oğluna məxsus kafe;
11. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küç., ev 11 ünvanında yerləşən, fiziki şəxs Əmrahlı Malik Adil oğluna məxsus “Golden city” çay evi;
12. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küç., 9 mkr-da yerləşən, fiziki şəxs Süleymanov Zahid Aqil oğluna məxsus “Göy göl” kafesi;
13. Bakı şəhəri, Nəsimi rayonu, Rüstəm, Ş. Əzizbəyov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Bağırov Elgiz Möhübbət oğluna məxsus "Borş" restoranı;
14. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. 39 ünvanında yerləşən, fiziki şəxs Əhmədova Sevinc Fəraim qızına məxsus "Lahmacun" dönər evi;
15. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küç., ev 70, m. 3 ünvanında yerləşən, fiziki şəxs Mirzağayev Ruslan Nazir oğluna məxsus "Bizim məkan" restoranı;
16. Abşeron rayonu, Xırdalan şəhəri, fiziki şəxs Eyyubov Elvin Sabutay oğluna məxsus "Panda" dönər evi;
17. Qazax rayonu, Vaqif küçəsində yerləşən, fiziki şəxs Sadıqova Nahidə Məmməd qızına məxsus kafe;
18. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Osmanlı Əli Əhliman oğluna məxsus kafe;
19. Şirvan şəhəri, 28 May küçəsində yerləşən, fiziki şəxs Hüseynov Mübariz Hikmət oğluna məxsus kafe;
20. Gəncə şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, fiziki şəxs Şükürov Rövşən Qara oğluna məxsus çay evi;
21. Masallı rayonu, Qəzvinoba kəndində yerləşən, fiziki şəxs Məlikov Zamil Əlişan oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş