AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
11 May 2021 20:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 10-da ölkə üzrə 429 ictimai iaşə obyektində 747 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Şəfahət Mehdiyev küç., ev 81 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus kafe;
2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Dəmir yolu parkında yerləşən, fiziki şəxs Tağızadə Hümbət Üzeyir oğluna məxsus restoran;
3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyib oğluna məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küç., ev 9N ünvanında yerləşən, fiziki şəxs Həsənov Faiq Ənvər oğluna məxsus “Qədim Qəbələ” restoranı;
5. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, fiziki şəxs Hüseynov Cavid Cangir oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Xoyski prospekti 136 ünvanında yerləşən, fiziki şəxs Ildirimov Nicat Qefer oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski 113 ünvanında yerləşən, fiziki şəxs Paşayev Nəcmin Mirzə oğluna məxsus “Paşabahçe“ çay evi;
8. Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küç., ev 300, 5-ci məhəllədə yerləşən, hüquqi şəxs "NABİKOĞLU" MMC- yə məxsus "Künefe evi" kafesi;
9. Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küç., 3-cü mkr, ev 14 ünvanında yerləşən, fiziki şəxs Akkuş Servetə məxsus kafe;
10. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 126c ünvanında yerləşən, fiziki şəxs Rəhimov Şükran Şamil oğluna məxsus "Dönərçi" kafesi;
11. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 125 ünvanında yerləşən, Məmmədov Bahadur Xeyrulla oğluna məxsus kafe;
12. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs Kərimov Rufət Daməd oğluna məxsus kafe;
13. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid pr., ev 78 ünvanında yerləşən, fiziki şəxs Əliyev Füzuli Allahyar oğluna məxsus kafe;
14. Sumqayıt şəhəri, Avtovağzal, 36-cı məhəllədə yerləşən, fiziki şəxs Göyüşov Taleh Rövşən oğluna məxsus "Rəvan" kafesi;
15. Masallı rayonu, Qəriblər kəndində yerləşən, fiziki şəxs Seyfullayev Novruz Məmmədağa oğluna məxsus kafe;
16. Gəncə şəhəri, Cavad xan küçəsi 66 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əli Tofiq oğluna məxsus çay evi;
18. Gəncə şəhəri, Ü. Hacıbəyov küçəsi 345A ünvanında yerləşən, fiziki şəxs Rzayev Seymur Xıdır oğluna məxsus kafe;
19. Xaçmaz rayonu, Xudat şəhəri, F. Axundov küçəsi 135 ünvanında yerləşən, fiziki şəxs Mahmudova Dilbər Adil qızına məxsus kafe;
20. Quba rayonu, Timirzayev kəndində yerləşən, fiziki şəxs Abdullayev Elşad Zöhrab oğluna məxsus “Şişa klub” çay evi;
21. Quba rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Hacıyev Emil Eldar oğluna məxsus çay evi;
22. Quba rayonu, Maksim Qorki küçəsində yerləşən, fiziki şəxs Qədirov Şamil Murad oğluna məxsus çay evi;
23. Ağsu rayonu, Bakı-Qazax şossesinin 156-cı kilometrliyində yerləşən, fiziki şəxs Rəsulov Natiq Vəlixan oğluna məxsus kafe;
24. Qazax rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Bənnayev Razim Röşən oğluna məxsus dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.